Teatr və kino
“Kontrabas” yenidən beynəlxalq festivalda çıxış edəcək
Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək. “Olaylar” bildirir ki, festivalda ölkəmizi Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. Oktyabrın 25-dən 28-dək davam edəcək festivalda Əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə səhnəyə çıxacaq. Tamaşa 27 oktyabr tarixində göstəriləcək. "Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.
"Qırmızı bağ" üç mükafata layiq görüldü
Ssenari müəllifi və rejissoru Mirbala Salimli olan "Qırmızı bağ" bədii filmi Türkiyənin Trabzon Beynəlxalq Film Festivalında üç "Altın kemaça" mükafatına layiq görülüb. "Olaylar" bildirir ki, aktrisa Gülzar Qurbanova "Ən yaxşı qadın rolu", Maqsud Məmmədov "Ən yaxşı kişi rolu", Taleh Bədiyev filmdə aktyor oyununa görə “Münsiflər heyətinin xüsusi mükafatı” ilə təltif edilib.
Yuğ Beynəlxalq Festivalda
Avqustun 24 – 28 tarixlərində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilir. Festival Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunub. “Olaylar” bildirir ki, festivalda Azərbaycanı təmsil edən Yuğ Dövlət Teatrının yaradıcı heyəti artıq Qazaxıstandadır. Teatr Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə 26 avqust tarixində qazaxıstanlı tamaşaçıların görüşünə çıxacaq.
“Üçüncü günün adamı” Montreal Beynəlxalq Film Festivalında
Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filmi beynəlxalq film festivalına dəvət alıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından "Olaylar" - a bildirilib ki, yeni ekran əsərinin beynəlxalq təqdimatı 41-ci Montreal Beynəlxalq Film Festivalında baş tutacaq. Festival avqustun 24-dən sentyabrın 4-dək Kanadada keçiriləcək. Qeyd edək ki, Montreal Film Festivalı Şimali Amerikada FIAPF (Kinoprodüserlər Birliklərinin Beynəlxalq Federasiyası) tərəfindən tanınan yeganə müsabiqə film festivalıdır.
Filmlərimiz Beynəlxalq Festivalda
Azərbaycan filmləri Koreya Respublikasında təşkil edilən beynəlxalq film festivalında nümayiş olunur. "Olaylar" bildirir ki,festival avqustun 31-dək davam edəcək. Festivalda müxtəliflik və multikultural dəyərlər təbliğ olunur. Ölkəmizi bu festivalda "Buta" və "Girov" filmləri təmsil edib. Filmlər Seul Tarix Muzeyində nümayiş olunub. Qeyd edək ki, "Buta" filmi2011 - ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib. Filmin ssenari müəllifi İlqar Nəcəf və Ramiz Fətəliyev, rejissoru İlqar Nəcəfdi.
Azərbaycan filminin namizədliyi verildi - Oskar mükafatına
Azərbaycan Kinematoqrafçılar İttifaqının nəznində fəaliyyət göstərən Xarici Filmlərin Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisisyanın növbəti iclası keçirilib. “Olaylar” İttifaqa istinadən bildiri ki, iclasda bir sıra məslələr müzakirə olunub.
“Medeya. Sekvensiya 001.” beynəlxalq festivalda iştirak edəcək
Avqustun 24-dən 28-dək Qazaxıstanın Aktau şəhərində Xalq Artisti Asanali Aşimovun 80 illiyinə həsr olunan Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçiriləcək. Azərbaycanı Beynəlxalq tədbirdə “Yuğ” Teatrı təmsil edəcək. Teatrdan “Olaylar” -a bildirilib ki, festivalda rejissor Mikayıl Mikayılovun quruluş verdiyi “Medeya. Sekvensiya 001.” tamaşası nümayiş olunacaq.
Azərbaycan filmləri həftəsi
17-23 avqust tarixlərində Park Cinema kinoteatrlar şəbəkəsi azərbaycan filmləri nümayiş olunacaq. Filmsevərlər Metro Park ticarət mərkəzində yerləşən kinoteatrda bir həftə ərzində “Oğlan evi 2”, “Naxox”, “Gecə qonağı”, “Niyə?”, “Pərdə” filmlərini izləmək imkanı olacaq.
Tural Ağayev Polşalı rejissor Kşiştov Zanussinin filmində
Bakı Bələdiyyə Teatrının aktyoru Tural Ağayev Polşalı rejissor Kşiştov Zanussi tərəfindən filmə dəvət alıb. “Olaylar” bildirir ki, bu haqda aktyor sosial şəbəkə hesabından məlumat verib. Aktryorun sözlərinə rejissor onu Polşaya səfər zamanı nümayiş olunacaq tamaşanın son məşqində görüb və filminə dəvət edib. Tural Ağayev Kşiştov Zanussinin “Enter” filmində rol aldığını qeyd edib. Bu uğuruna görə Bələdiyyə Teatrının direktoru Amaliya Pənahovaya minnətdar olan aktyor bunları qeyd edib: “Burada olmağımın başlıca səbəbkarı Amaliya Pənahovadır.
Ondan sonra məni Vidadi obrazının məşqinə buraxmadılar...
Rola hazırlıq ərəfəsində onunla Akademik Milli Dram Teatrındakı otağında görüşdük. Bir neçə saat sonra “Almaz” tamaşasında Mirzə Səməndər obrazında səhnəyə çıxacaqdı. Əvvəl qrim otağına qalxıb, Mirzə Səməndər cildinə bürünməyinin şahidi olduq. Deyir, keçmiş illərdə qrimi özü edərmiş, müasir zamanın tələbi isə başqadır. O da zamana uyğunlaşıb, özünü peşəkar qrim ustasına həvalə edə bilir.
“Kuklalar” “YARAT” - da nümayiş olunacaq
Avqustun 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Çingiz Rəsulzadənin “Kuklalar” filmi nümayiş etdiriləcək. "Olaylar" bildirir ki, ssenari müəllifləri Çingiz Rəsulzadə və Ramiz Fətəliyev olan ekran əsərində hadisələr keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir. SSRİ-nin son günlərində altı gənc dost Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanır. Onların həyatında hər şey ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Özləri dərk etdikləri kimi azad yaşamağa can atan bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verir.
Lük Bessonun yeni filmi Park Cinemada
Park Cinema kinoteatrlar şəbəkəsində LaseR zalı və VIP Lounge-un təntənəli açılış mərasimi baş tutub. Lazer proyektoru ilə təchiz olunmuş yeni zalda məhşur “Leon”, “Beşinci element” və “Lüsi” filmlərinin əfsanəvi rejissoru Lük Bessonun “Valerian və min planetlər şəhəri” adlı fransız fanstastik filmi nümayiş olunub. Tədbirdə çıxış edən Park Cinemanın Marketinq üzrə direktoru Musa Axundov Park Cinema kinoteatrlar şəbəkəsinin daima ən son texnoloji yenilikləri izlədiyini və onları Azərbaycanda ilk olaraq quraşdırdığını vurğuladı. Musa Axundov Park Cinemanın kinosevərlərin daha komfortlu şəraitdə film izləyə bilməsi üçüm VIP Lounge yenidən istifadəyə verildiyini qeyd etdi.
“Dəhliz” təqdim olunacaq
Avqustun 12 – si, saat 19:00 - da Bakı Film İnstitutunda İqrar Qurbanın “Dəhliz” filmi təqdim olunacaq. “Olaylar” bildirir ki, flim 5 yaşında olarkən Qarabağ müharibəsi zamanı ailəsi ilə Laçından Bakıya köç etmiş bir qadından bəhs edir. Köç həyatının, həmçinin də stereotiplərin yaratdığı çətinliklərdən danışan qadın, dəhlizdən çıxacağına ümüd edir.
Məşhur əsər ƏSA- nın səhnəsində - “Adamlar və siçanlar”
Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət ölkənin ilk inklüziv ƏSA Teatrı amerikan yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsərini səhnələşdirəcək. Teatrın baş meneceri Nicat Qulamın “Olaylar” – a bildirir ki, hazırlanan bu tamaşa teatrın bir illik fəaliyyətində sayca üçüncü olacaq. Fərqli quruluşa və estetikaya sahib olacaq səhnə əsərində 6-sı fiziki məhdudiyyətli olmaqla 8 aktyor iştirak edəcək. Tamaşanın quruluşçu rejissoru teatrının bədii rəhbəri Nihad Qulamzadədir.
"15 iyul gecesi" filmi 7-ci Malatya Beynəlxalq Film Festivalında
Tanınmış kinorejissor və ssenarist Elçin Musaoğlunun Türkiyədə baş vermiş 15 iyul dövlət çevrilişi cəhdi zamanı yaşanan hadisələr barədə ekranlaşdırdığı sənədli film 7-ci Malatya Beynəlxalq Film Festivalında təqdim ediləcək. Anadolu Agentliyinə məlumat verən kinorejissor bildirib ki, "15 iyul gecəsi” adlı filmin çəkilişləri Azərbaycan və Türkiyədə (Ankara, İstanbul, Malatya) aparılıb. Filmdə Xalq Artisti Azərin də iştirak edir.









.jpg)




