Teatr və kino

Musiqili Teatr Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında

12 Sentyabr 2017 16:41

Sentyabrın 18 – 26 – sı tarixlərində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Artıq beynəlxalq mədəni arenada da kifayət qədər böyük nüfuza malik olan bu mötəbər tədbir zəngin və rəngarəng reqlamentə malikdir. Azərbaycan Dövlət Musiqili Teatrı da həmişəki kimi bu ildə Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edəcək. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı festivalda dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını nümayiş etdirəcək. “Üzeyir Hacıbəyli Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biridir.

“Future Shorts” qısametrajlı film festivalı başlayır

12 Sentyabr 2017 15:59

Sentyabrın 20-dən Yay qalereyasında açıq səma altında “Future Shorts” qısametrajlı film festivalı başlanır. “Olaylar” bildirir ki, iki gün davam edəcək festivalda 8 filmin nümayişi nəzərdə tutulur. Filmlər rus dilində subtitrlər vasitəsilə təqdim olunacaq. “Future Shorts” festivalı 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək bir il ərzində bütün dünya üzrə 1400 baxış təklif edir. On iki ildir keçirilən festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival peşəkarlara və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır. Qeyd edək ki, giriş dəvətnamə ilədir.

“Səs” -  “Ən yaxşı film”  

12 Sentyabr 2017 15:58

İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filmi Kazan şəhərində keçirilən Beynəlxalq Kino Festivalında əsas mükafata layiq görülüb Filmin rejissoru Dariuş Nəcəfi Göl (Ərturan Nəcəfi), Azərbaycan tərəfdən prodüseri Fariz Əhmədovdur. Fariz Əhmədovun sözlərinə görə, film festivalın qısametrajlı bədii filmlər bölməsində yarışıb. Festival “mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında keçirilib. Bu ilki festivala 61 ölkədən 782 film göndərilib. Bu filmlər içərisindən seçilən “Səs” filmi “ən yaxşı qısametrajlı bədii film” mükafatına layiq görülüb. Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Filmin çəkilişləri İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edirlər. Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb.

“İkinci Pərdə” filminin ilk tizeri böyük marağa səbəb oldu

11 Sentyabr 2017 13:02

Rejissor Emil Quliyevin çəkdiyi “İkinci Pərdə” filminin ilk tizeri ağır sujet xətti ilə tamaşaçıların marağına səbəb olub. “Olaylar” bildirir ki, 16 noyabr tarixindən böyük ekranda yayımlanması gözlənilən filmin Baş Prodüseri isə Orxan Mərdandır. Filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir. Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.

Azərbaycan filmləri Kazanda 

10 Sentyabr 2017 09:16

Kazanda XIII Beynəlxalq Müsəlman Kino Festivalı davam edir. Müsabiqə proqramında Azərbaycan - Teymur Daiminin “Bu sevgidir” filmi “qısametrajlı sənədli film”, Dariuş Nəcəfin “Səs” filmi “qısametrajlı oyun filmi” nominasiyasında təqdim edilib. Natiq Axundovun “Ramazan payı” filmi müsabiqədənkənar təqdim olunub. Bu il seçim komissiyasına 61 ölkədən 782 müraciət daxil olub. Müsabiqə proqramına 27 ölkədən 60 film seçilib. Bu, Azərbaycan, Albaniya, Əfqanıstan, Banqladeş, Belçika, Macarıstan, Danimarka, Misir, Hindistan, İran, İtaliya, Qazaxıstan, Kanada, Qətər, Qırğızıstan, Malta, Mərakeş, Nepal, Niger, Rusiya, ABŞ, Tacikistan, Türkiyə, Özbəkistan, Fransa, İsveç və Estoniyadır.

Teatr 108-ci mövsümü “Ər və arvad” tamaşası ilə açılacaq

8 Sentyabr 2017 16:18

Musiqili Teatrı yeni 108-ci teatr mövsümünə dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası ilə start verəcək. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, mövsümün açılışı 16 sentyabr tarixində saat 19.00-da baş tutacaq. “Öncə yeni teatr mövsümünün başlanması münasibəti ilə ölkənin teatr ictimaiyyətini və bütün tamaşaçıları təbrik etmək istəyirəm. Qeyd edim ki, teatrımızda hər yeni mövsümün böyük Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli komediyası ilə açılması artıq ənənə halını alıb. Bunun da xüsusi səbəbləri var. Bildiyiniz kimi Musiqili Teatrın əsası 1910-cu ildə məhz bu ölməz səhnə əsəri ilə - “Ər və arvad” tamaşası ilə qoyulub ”, - deyə teatrının direktoru, Əməkdar incəsənət xadimi,  dosent Əliqismət Lalayev bildirib.

ƏSA Teatrının aktyoru İspaniyanın məşhur jurnalında

8 Sentyabr 2017 10:09

Öz dəsti-xətti ilə tanınan fotoqraf Eltac Zeynalovun “ƏSA” Teatrında həyata keçirdiyi foto-layihə, beynəlxalq arenada kifayət qədər məşhur olan, İspaniyanın “Dodho” fotoqrafiya jurnalında dərc olunub. “Olaylar” bildirir ki,  əlilliyi olan insanların problemlərini qabartmaq, onların yaşam mübarizəsini işıqlandırmaq məqsədi daşıyan foto-layihənin ilk qəhrəmanı “ƏSA” Teatrının aktyoru Elvin Mirzəyev olub. “Dodho” jurnalında “Kristal adam” kimi təqdim edilən Elvin Mirzəyev “natamam osteogenez” xəstəliyindən əziyyət çəkir. Uşaqlıq dövründən bu yana müxtəlif çətinliklərlə qarşılaşmasına baxmayaraq, öz məqsədləri uğrunda mübarizə aparıb, stereotipləri pozmağa çalışıb. Onun aktyorluq sevgisi fiziki məhdudiyyətinə qalib gəlib. Hazırda Elvin, ƏSA Teatrında baş tutan tamaşalarda uğurlu çıxış edir və özünü aktyor kimi daima inkişaf etdirməyə çalışır.

YUĞ Teatrı yeni mövsümün açılışına hazırlaşır

8 Sentyabr 2017 10:04

Azərbaycan Dövlət YUĞ Teatrı 29-cu mövsümün açılışına hazırlaşır. “Olaylar” bildirir ki, kollektiv sentyabr ayının 20-də K.Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası mövsümü açıq elan edəcək. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibaşçısı isə Amid Qasımovdur. Tamaşada əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edir. Tamaşa saat 19.00-da başlayacaq.

Teatr yeni mövsümdə beynəlxalq festivallarda iştirak edəcək

5 Sentyabr 2017 21:12

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90-cı mövsümündə 3 beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır. “Olaylar” bildirir ki, sentyabr ayının 7-dən 14-dək kollektiv Ufa şəhərində keçiriləcək “Tuqanlıq” VI Beynəlxalq teatr festivalında iştirak edəcək. Festivalda ölkəmizi yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” adlı təkadamlıq oyun tamaşası təmsil edəcəkdir. Tamaşada əsas ifaçı Əməkdar artist Kəmalə Hüseynovadır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, işıq üzrə rəssamı Vadim Kuskov, truykların quruluşu İsa Əsədova məxsusdur.

Gənc Tamaşaçılar Teatrı yubiley mövsümündə

5 Sentyabr 2017 20:55

Sentyabrın 5 – də Gənc Tamaşaçılar Teatrı özünün 90-cı mövsümünə qədəm qoydu. “Olaylar” bildirir ki, mövsümün açılışı münasibət ilə keçirilən iclasda teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov çıxış edərək kollektivin yeni, yubiley mövsümünü təbrik etdi. Bildirdi ki, 90-cı mövsümdə teatrı böyük yeniliklər gözləyir. Eyni zamanda qarşıda duran vəzifələr haqqında məlumatı diqqətə çatdıran teatrın rəhbəri ilin sonunadək görüləcək işlər haqqında ətraflı məlumat verdi. Direktor    mövsümdə yeni bir beynəlxalq layihənin həyata keçiriləcəyini də xüsusi vurğuladı.

“Kontrabas” V Beynəlxalq Teatr Festivalında iştirak edəcək

5 Sentyabr 2017 09:37

Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalda ölkəmizi  Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. Teatrdan “Olaylar” – a  bildirilib ki, oktyabrın 25-dən 28-dək davam edəcək festivalda Əməkdar Artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” monotamaşası ilə səhnəyə çıxacaq. Səhnə əsəri oktyabrın 27-də təqdim olunacaq. Tamaşa indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında müxtəlif mükafatlara layiq görülüb.

Böyük Qafqazın əlilliyi olan aktyorlardan ibarət ilk teatrı  - ƏSA  bir yaşında 

3 Sentyabr 2017 13:29

Azərbaycan teatrının “əsası”, ölkənin, eləcə də Böyük Qafqazın əlilliyi olan aktyorlardan ibarət ilk teatrı olan ƏSA-nın bu gün bir yaşı tamam oldu. ƏSA Teatrının baş meneceri Nicat Qulamın “Olaylar”  - a verdiyi məlumata görə, teatr 3 sentyabr 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılıb. Yarandığı ilk günlər teatrın heyəti Orxan Adıgözəl, Nicat Qulam, Murad Məmmədov, Elvin Mirzeyev və Nihad Qulamzadədən ibarət olub. Beş nəfərlik heyətlə fəaliyyətə başlayan teatr qısa zamanda bir çox uğurlara imza atıb və irəliləyən zamanda heyətini çoxaldaraq, təkminləşdirib.

"Səs" Beynəlxalq Film Festivalında

2 Sentyabr 2017 09:00

 İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filmi Kazan şəhərində keçirilən Beynəlxalq Kino Festivalında iştirak edəcək. "Olaylar" bildirir ki, filmin rejissoru Dariuş Nəcəfi Göl (Ərturan Nəcəfi), Azərbaycan tərəfdən prodüseri Fariz Əhmədovdur. Fariz Əhmədovun sözlərinə görə, film festivalın qısametrajlı bədii filmlər bölməsində yarışacaq. Bu bölmənin münsiflər heyətinə Əlirza Şahruhi (İran), Yelena Alekseyeva (Rusiya) və Orxan Milli (Türkiyə) daxildir. Festival “mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında keçirilir. Bu ilki festival 61 ölkədən 782 film göndərilib. Bu filmlər içərisindən “Səs” filmi də seçilərək şort-listə düşüb.

Film Fondunda müşavirə

1 Sentyabr 2017 12:07

Dövlət Film Fondunda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə ölkəmizdə kino işinin təşkili və inkişaf etdirilməsinə həsr olunmuş müşavirə keçirilib. Kino işinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirə olunduğu müşavirədə “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “Yaddaş” və “Salnamə” studiyalarının kollektivi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nümayəndələri iştirak edib.  Nazirliyindən "Olaylar" -a bildirilib ki, müşavirədə çıxış edən Ədalət Vəliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində son 10 ildə görülən işlər, qazanılan nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yuğ Dövlət Teatrının direktoru  Beynəlxalq Teatr Festivalında

1 Sentyabr 2017 10:51

Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov İranda keçirilən VI Beynəlxalq Ənənə və Ritual Teatrı adlı Festivalda iştirak etmək üçün hazırda Tehrandadır.Teatrdan “Olaylar” – a bildirilib ki,  Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilən eyniadlı Seminarda  T.Rəsulov “Ritual tamaşasında spontan ifaçılıq texnikası” adlı məruzə ilə çıxış edib. Festival sentyabrın 6 – dək davam edəcək.