“Səs” - “Ən yaxşı film”
İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filmi Kazan şəhərində keçirilən Beynəlxalq Kino Festivalında əsas mükafata layiq görülüb Filmin rejissoru Dariuş Nəcəfi Göl (Ərturan Nəcəfi), Azərbaycan tərəfdən prodüseri Fariz Əhmədovdur. Fariz Əhmədovun sözlərinə görə, film festivalın qısametrajlı bədii filmlər bölməsində yarışıb. Festival “mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında keçirilib. Bu ilki festivala 61 ölkədən 782 film göndərilib. Bu filmlər içərisindən seçilən “Səs” filmi “ən yaxşı qısametrajlı bədii film” mükafatına layiq görülüb. Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Filmin çəkilişləri İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edirlər. Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb.
12 Sentyabr 2017 15:58 Teatr və kinoİran və Azərbaycanın müştərək istehsalı olan "Səs" qısametrajlı bədii filmi Kazan şəhərində keçirilən Beynəlxalq Kino Festivalında əsas mükafata layiq görülüb Filmin rejissoru Dariuş Nəcəfi Göl (Ərturan Nəcəfi), Azərbaycan tərəfdən prodüseri Fariz Əhmədovdur. Fariz Əhmədovun sözlərinə görə, film festivalın qısametrajlı bədii filmlər bölməsində yarışıb. Festival "mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə" devizi altında keçirilib. Bu ilki festivala 61 ölkədən 782 film göndərilib. Bu filmlər içərisindən seçilən "Səs" filmi "ən yaxşı qısametrajlı bədii film" mükafatına layiq görülüb. Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Filmin çəkilişləri İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edirlər. Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb. Filmin mövzusuna gəlincə, gecələr ərinin amansız xorultularından yuxuya həsrət qalmış qoca qadın, tədbir qılmağa çalışır. Ancaq istəmədən vəziyyəti daha da pisləşdirir. Qeyd edək ki, hər il Tatarıstanın paytaxtı Kazan şəhərində ənənəvi olaraq keçirilən Kazan Beynəlxalq Müsəlman Kino Festivalının 13-cüsü 5-11 sentyabr tarixlərində Rusiyanın Kazan şəhərində baş tutub. Festivalda iştirak edən digər Azərbaycan ekran işi - Teymur Daiminin "Bu, sevgidir" filmi də "ən yaxşı qısametrajlı sənədli film" mükafatına layiq görülüb. Festivalın bağlanış gecəsi Azərbaycan filmlərinin möhtəşəm qələbəsi ilə yadda qalıb.