Tural Ağayev Polşalı rejissor Kşiştov Zanussinin filmində
Bakı Bələdiyyə Teatrının aktyoru Tural Ağayev Polşalı rejissor Kşiştov Zanussi tərəfindən filmə dəvət alıb. “Olaylar” bildirir ki, bu haqda aktyor sosial şəbəkə hesabından məlumat verib. Aktryorun sözlərinə rejissor onu Polşaya səfər zamanı nümayiş olunacaq tamaşanın son məşqində görüb və filminə dəvət edib. Tural Ağayev Kşiştov Zanussinin “Enter” filmində rol aldığını qeyd edib. Bu uğuruna görə Bələdiyyə Teatrının direktoru Amaliya Pənahovaya minnətdar olan aktyor bunları qeyd edib: “Burada olmağımın başlıca səbəbkarı Amaliya Pənahovadır.
14 Avqust 2017 10:13 Teatr və kinoBakı Bələdiyyə Teatrının aktyoru Tural Ağayev Polşalı rejissor Kşiştov Zanussi tərəfindən filmə dəvət alıb. "Olaylar" bildirir ki, bu haqda aktyor sosial şəbəkə hesabından məlumat verib.
Aktryorun sözlərinə rejissor onu Polşaya səfər zamanı nümayiş olunacaq tamaşanın son məşqində görüb və filminə dəvət edib. Tural Ağayev Kşiştov Zanussinin "Enter" filmində rol aldığını qeyd edib. Bu uğuruna görə Bələdiyyə Teatrının direktoru Amaliya Pənahovaya minnətdar olan aktyor bunları qeyd edib: "Burada olmağımın başlıca səbəbkarı Amaliya Pənahovadır. Çünki, o tamaşada mən olmasaydım, Zanussini tanımayacaqdım və əlbətdə ki,bu filmdə olmayacaqdım. Çox sağ olun Amaliya xanım!!! Siz həmişə öz aktyorlarınıza dəyər verirsiniz. Buna görə VAR OLUN!!!"