Sosial
ƏƏSMN-a elektron müraciətlərin statistikası açıqlanıb
Cari ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 745 298 müraciət qeydə alınıb ki, bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin 34,4%-ni təşkil edir.
Arzu Rəhimov şimal zonasında vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Xidmətin Xaçmaz rayon şöbəsində vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, iyunun 14-də baş tutacaq qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 12.06.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan şəhər və rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Sel və daşqın təhlükəli 41 çayda sahilbərkitmə tədbirləri aparılıb
Samur-Abşeron suvarma sistemi respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyuna və Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizini təmin edir.
Rezidentura təhsili almış həkimlərin işlə təminatı ilə bağlı AÇIQLAMA
Azərbaycan Səhiyyə Nazirliyi ölkədə rezidentura təhsili almış həkimlərin işlə təminatı məsələsinə aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, 2014-cü ilә kimi rezidenturaya daxil olmuş hәkim-mütəxəssislәr üçün təyinatda iştirak mütləq deyil. Rezidentura təhsilini müvəffəqiyyətlə başa vuran həkim-mütəxəssislərin təyinatın tarixləri barədə məlumatlandırılması üçün Səhiyyə Nazirliyinin rəsmi internet saytında yekun attestasiyadan qısa müddət sonra müvafiq elan yerləşdirilir.
Saçları, dırnaqları və dərini qidalandıran şirniyyat
Hazırlanması olduqca asan, praktik və dadı ləzzətli olan jelatinin sağlamlıq baxımından da bir çox faydası var. Mütəxəssislər jelatinin xəstəliklərin qarşısını almağa və müalicəyə kömək olduğunu ortaya çıxarıblar. Ailem.az şirniyyat böhranlarının da qarşısını alan jelatinin sağlamlıq baxımından faydalarını təqdim edir.
Bürclər haqqında doğru bildiyiniz yalanlar
Hər bir Zodiak işarəsinin öz fərqli xüsusiyyətləri, stereotipləri və nüansları var. Bu gün oxucuları bürclər ətrafında dolaşan stereotiplər və əsl həqiqətlərlə tanış edirik.
Bilal Bilalov Başqırdstan Dövlət Universitetində
AMEA Riyaziyyat və Mexanika İnstitutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov Başqırdstan Dövlət Universitetinin Sterlitamak Filialında keçirilən “Modern Mathematics and its Applications” konfransında iştirak edib. Konfransda “Statistical convergence, its generalizations, continuous varint, and applications to Fourier-Stieltjes transform” mövzusunda plenar məruzə ilə çıxış edib.
Gənc tədqiqatçılar 6 Fiziksəl Kimya konfransında
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Mineral xammalın kimyası və texnologiyası” laboratoriyasının böyük elmi işçisi, dosent Aliyə Rzayeva və həmin institutun “Sorbsiya” laboratoriyasının elmi işçisi Mahnur Cəfərli “6 Fiziki Kimya” konfransında iştirak ediblər. Bölmədən “Olaylar” – a bildirlib ki, Türkiyyənin Bülent Ecevit Universitetinin təşkil etdiyi konfransda dosent Aliyə Rzayeva “FeIn2Se4 birləşməsinin sintezi” və institutunun elmi işçisi Mahnur Cəfərli isə “İonitlərdə bəzi əlvan metal ionlarının sorbsiyasının kinetikası və termodinamikası” mövzusunda çıxış ediblər.
AMEA – nın Naxçıvan bölməsində yeni kitab çapdan çıxıb
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, həmin institutun biologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər İbrahimov və Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun həmmüəllifi olduğu “Naxçıvan Muxtar Respublikası florası-Qurğuşunçiçəyikimilər kitabı işıq üzü görüb.
"Şaytan vadisi" ilə bağlı yeni faktlar aşkarlandı
Dünyada turistlərin maraq göstərdiyi yerlərin əksəriyyəti Avropa ölkələrində yerləşir. İnsanlar əsasən tarixi və qeyri-adi görünüşü olan abidələrin yerləşdiyi ərazilərə turistik səfər etməyi sevir. Sirli tarix, gizli qalan məqamlar istənilən insanın marağına səbəb olur. Belə sirli və möcüzəli yerlərdən biri isə Türkiyənin Mərsin bölgəsində yerləşən "Şeytan dərəsi" vadisidir. Dünyanın ən əhəmiyyətli turistik yerlərindən biri olan bu vadidə dərələrin sıldırım yamaclarına baxanda görünən mənzərə insanları vahiməyə salır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqlar üçün şənlikdə iştirak edib
Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Bakıdakı 1 saylı uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində keçirilən şənlik həm də bu uşaq evinin sakinlərinin yay düşərgəsinə köçməsi və mövsümün açılışı ilə əlamətdar oldu.
İDRAK liseyi daha bir ilkə imza atdı
Sumqayıt İdrak Liseyində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Bilik” sərgisi keçirilib. Tədbir iştirakçıları məktəblilərin dərs ili ərzində müxtəlif fənlərdən aldıqları biliklər əsasında hazırladıqları təqdimatlarla tanış olublar. Şagirdlər vulkan püskürməsi, buludun yaranması kimi təbiət hadisələrini əyani şəkildə nümayiş etdirməklə yanaşı, süddə zülalların təyini, qida piramidası, köpüklü reaksiya, ağciyərlərin işləmə mexanizmi, üçbucağın ağırlıq mərkəzi, qızıl kəsim, ədədlərin sirri və s. haqqında biliklərini praktiki şəkildə nümayiş etdiriblər.
Naxçıvana yollanan baş redaktorlar Şərurda
Naxçıvana yollanan ölkənin aparıcı media orqanlarının baş redaktorlarından ibarət 20 nəfərlik nümayəndə heyyəti səfərin ikinci günüdə Şərur rayonuna da olublar. Movqe.az-ın xəbərinə görə, Şərur rayon 2 saylı tam orta məktəbə baş çəkən qonaqları məktəbin direktoru Sevil Hacıyeva qarşılayıb.
Heydər Əliyev Fondu bir daha uşaqları sevindirdi
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.







.jpg)






