Sosial

Müdafiə Nazirliyi: “Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir”

28 Avqust 2017 12:13

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib. “Olaylar” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.

Füzuli Rayon İcra başçısı ermənilərin öldürdüyü Zəhranın atasını aldatdı:  "Bunu da etdilər"

28 Avqust 2017 12:10

Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan 18 aylıq Zəhranın ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılıb. Rayon icra hakimiyyətinin "Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib. Bu barədə, Zəhranın valideynləri tərəfindən Prezidentə ünvanlanan məktubda deyilir.

Əncir ağacından yıxılaraq ölüb

28 Avqust 2017 12:03

Maştağa qəsəbə sakini bədbəxt hadisə nəticəsində ölüb. Qəsəbə sakini, 1964-cü il təvəllüdlü Xalıb Bahadur oğlu Xalıbov əncir ağacından yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

101 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb

28 Avqust 2017 12:02

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 26 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Komitədən “Olaylar”a verilən məlumata görə, bu hərraca ümumilikdə 101 dövlət əmlakı çıxarılıb.

Ali məktəblərə qeydiyyat bu gün başa çatır

28 Avqust 2017 12:00

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı avqustun 28-də başa çatır.

Elektravoz 6 yaşlı uşağı vurub

28 Avqust 2017 12:01

Bakının Nərimanov rayonu ərazisində uşağı elektrovoz vurub. Məlumata görə, hadisə 2011-ci il təvəllüdlü Qasımov Yusif Nazim oğlu Keşlə qəsəbəsindən keçən dəmiryol relslərinin üzərində oynayarkən baş verib.

Silah anbarında partlayışda yaralananlardan sonuncusu evə buraxıldı

28 Avqust 2017 11:34

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında yanğınla müşayiət olunan partlayışda yaralananlardan sonuncusu da evə buraxılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ötən gün baş verən hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alan 6 nəfər Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra dünən buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılıb. Daha sonra isə xəstəxanadakı sonuncu yaralı da buraxılıb.

Hər il dünyada 1 milyon 500 min uşaq zorakılığa məruz qalır

28 Avqust 2017 10:14

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi son günlərdə Azərbaycanda uşaqlara qarşı törədilən zorakılığa etiraz olaraq bəyanat yayıb. Birliyin bəyanatında deyilir: “Uşaqların zorakılığa məruz qalması faciədir. Son günlər yerli mediada uşaqların cinsi təcavüzə və zorakılığa məruz qalması xəbərləri cəmiyyəti narahat etməkdədir. Beyləqanda 12 yaşlı qızın da bu cür hadisə ilə qarşılaşması xəbəri diqqəti qız uşaqları və yeniyetmələrin zorakılıqdan müdafiə edilməsi və bu sahədə ciddi maarifləndirmə işlərinin artırılmasını zəruri edir. Muşahidələrimiz onu göstərir ki, son iki ayda mətbuat vasitəsilə belə hadisələrə daha çox rast gəlinir.

Silah anbarındakı yanğın lokallaşdırılıb, partlamamış sursatlar zərərsizləşdirilir

27 Avqust 2017 18:28

Bu gün saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar baş verib. Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı birgə məlumatında bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən prosesə cəlb edilmiş müvafiq qurumlar tərəfindən görülmüş kompleks təxirəsalınmaz tədbirlər nəticəsində saat 17 radələrində yanğın lokallaşdırılaraq digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alınıb.

Silah anbarında yanğın və partlayışla əlaqədar cinayət işi başlanıb

27 Avqust 2017 18:04

Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.