Sosial
O DA bahalaşdı
Bürclər – 4 SENTYABR
Qəbələdə meşə yanğını
Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək nəticəsində həmin meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, alovun qarşısını almaq üçün hadisə yerinə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əlavə qüvvələri və texnikası cəlb olunub.
Çaylarda suyun səviyyəsi açıqlandı
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir. Avqustun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 79 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 102 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.
Ermənilərdən növbəti təxribat: Bu dəfə acıqlarını Araz çayından çıxdılar
Hər vəchlə Azərbaycana zərər vurmağa çalışan Ermənistan bu dəfə ekoloji mühiti və canlıları məhv etmək yolunu seçib. Araz çayına çoxlu miqdarda zəhərli maddənin buraxılması və çayın çirklənməsi balıqların kütləvi qırılması ilə nəticələnib. Belə bir görüntünü Cənubi azərbaycanlı soydaşımız “Xəzər Xəbər”ə göndərib.
Mingəçevirdə DƏHŞƏTLİ MƏNZƏRƏ: Gənc ana 2 övladı ilə birlikdə özünü öldürmək istədi
Mingəçevirdə 28 yaşlı qadın uşaqları ilə birlikdə özünü yaşayış binasının 5-ci mərtəbəsindən ataraq intihar etmək istəyib. Hadisə şəhərin Heydər Əliyev prospekti, 35 saylı binada baş verib. Belə ki, həmin binanın 5-ci mərtəbəsindəki mənzildə kirayədə yaşayan 28 yaşlı Xəyalə Quliyeva özünü iki azyaşlı övladı ilə birlikdə eyvandan atmağa cəhd edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadası, hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım və Rayonlararası Psixonevroloji Dispanserin əməkdaşları cəlb olunub.
Zaqatalada fındıq bağlarında yanğın
Zaqatalada fındıq bağlarında yanğın olub. Rayonun Aşağı Tala kənd inzibati ərazisində kənd sakinlərinə məxsus fındıq bağlarında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində sakinlərə məxsus 1,5 hektar ərazidə quru ot, kol-kos və 90 ədəd fındıq ağacı yanıb.
Güclü külək Qəbələ meşəsindəki alovu geniş ərazilərə yayır
"Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.
Məşhur aparıcının bacısı qızını bağçada DÖYÜB BU HALA SALDILAR
Məşhur aktrisa-aparıcı Zümrüd Qasımovanın 2 yaşlı bacısı qızı Jasmin bağçada döyülüb. Bu barədə aktrisa feysbuk hesabında məlumat verib. O, bacısıqızının belindəki göz izlərin şəklini paylaşaraq bunları qeyd edib:
Qorxulu qurd xəstəliyi - Trixinelloz
Bu qidaları soyuducuya qoymayın - SİYAHI
Adətən bazardan aldığımız hər şeyi soyuducuya qoymağa çalışırıq. Düşünürük ki, soyuducuda olan şeylər daha gec xarab olacaq. Əslində isə hər şeyi soyuducuda saxlamaq səhvdir. Soyuducuya qoymayacağımız qidalarla sizi tanış olun. Zeytunyağı
ETSN bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub
Qəbələ meşə mühafizəsi və bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir. "Olaylar" bildirir ki, yanğının söndürülməsi üçün ETSN bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub, eyni zamanda nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.
Mətbəximizin unudulmuş 8 yeməyi
İçərişəhərdə “Unudulmuş yeməklər” adlı yemək festivalı başlayıb. Festivalın keçirilməsində məqsəd şəhərimizin tarixi hissəsində Qurban bayramı ab-havası yaradaraq bayram təntənəsini paytaxt sakinləri və şəhərimizin qonaqları ilə birlikdə qeyd etməkdir. Hazırlanmasında və təqdimatında festivala ziyarətçilərin də iştirak edə biləcəyi irimiqyaslı yemək festivalı, eyni zamanda, Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəximizin unudulmuş zənginliklərini nümayiş etdirərək, xalqımızın zəngin süfrəsinə geri qaytarmaq məqsədi daşıyır.

.jpg)












