Sosial
Parlament yeni müvəkkil seçəcək
“Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddətinə Milli Məclisin payız sessiyasında baxılacaq. Təbii ki, öncə buna komitədə məsləhətləşmələr formasında aparılacaq”.
Keçən ay SOCAR tərəfindən dövlət büdcəsinə 133 milyon 782 min manat vəsait ödənilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin avqust ayında dövlət büdcəsinə 133 milyon 782 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17 milyon 321 min manat və ya 14,9 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında büdcəyə 1 milyard 48 milyon 348 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142 milyon 946 min manat və ya 15,8 faiz çoxdur.
Radikalizm və onun fəsadları müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Cəlilabadda torpaq sürüşməsi
Cəlilabadda torpaq sürüşməsi nəticəsində qədim qəbiristanlıq və yaşayış məskəni aşkarlanıb. Rayonun Buravar kəndində torpaq sürüşməsi nəticəsində üzə çıxan qədim qəbiristanlıq və yaşayış məskənində indiyədək tədqiqat işləri aparılmadığı müəyyənləşib. Kənd sakinlərin sözlərinə görə, müxtəlif vaxtlarda ərazidə qədim dövrə aid xeyli sayda başdaşı, bir neçə yüz metr aralıda isə çoxlu soba və kül qalığı aşkarlanıb. Bu səbəbdən ərazinin qədim yaşayış məskəni olduğu güman edilir.
Görkəmli alim Lütfi Zadə Bakıda I Fəxri xiyabanda dəfn olunacaq
Görkəmli azərbaycanlı alim Lütfi Zadənin Bakıda dəfn olunacağı yer məlum olub. Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən APA-ya bildirilib ki, Lütfi Zadənin məzarı 3 gün əvvəl qazılıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, Lütfi Zadənin nəşi bu həftə ərzində Bakıya gətiriləcək və onunla dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq.






.jpg)





.jpg)

.jpg)