Toyuq birinci yaranıb, yoxsa yumurta? - Hamını maraqlandıran sualın CAVABI TAPILDI
11 Sentyabr 2017 08:43 SosialBöyük Britaniya alimləri araşdırmalar nəticəsində toyuq və ya yumurtanın hansının birinci yarandığını müəyyən ediblər.
Alimlər sübut ediblər ki, yumurta toyuqdan sonra yaranıb. Araşdırmalarda HECToR kompüterindən istifadə edilib.
Məsələ burasındadır ki, yumurtanın əmələ gəlməsində mühüm rol oynayan proteinlərdən biri toyuq orqanizmi olmadan fəaliyyət göstərə bilmir.
Britaniyalı alimlər HECToR kompüteri vasitəsilə yumurtanın necə formalaşdığını anbaan izləyə biliblər.
Mütəxəsisslər bu qənatə gəliblər: yumurtada olan OC-17 zülalı toyuğun orqanizmi olmadan yarana bilmir. Bu isə o deməkdir ki, toyuq yumurtadan əvvəl yaranıb.
istipress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00