Sosial

Gəlin toyda elə gözəl oxudu ki...

10 Sentyabr 2017 14:33

Maştağa sakini "Nuhun gəmisi"ni düzəltdi - "Bu gəmi mənə xoşbəxtlik gətirəcək"

10 Sentyabr 2017 09:18

Maştağada yaşayan bir nəfər Nuhun gəmisinin özünəməxsus nümunəsini düzəldib. Gəminin hər tərəfini isə Azərbaycan bayrağının rənginə boyayıb. Hətta üzərinə vətənpərvərlik mövzusunda sözlər də yazib. O, bu gəminin ona xoşbəxtlik nəsib edəcəyinə inanır.  50 yaşlı kişi Nuhun gəmisinin maketini düzəldib. O, mişar daşlarını üst-üstə yığıb, üzərlərini isə üçrəngli bayrağımızın rəngində boyayıb. Adını da “Nuhun gəmisi” qoyub.

Bakıdakı universitetlər – “Tələbələrimizə yer verə bilmirik” – PROBLEM

10 Sentyabr 2017 09:12

Yeni tədris ilinə çox az müddət qalıb. Bu baxımdan tələbələrin mənzil problemi də aktuallaşıb. Məlumdur ki, ali təhsil müəssisələrinə qəbul olunanlar arasında regionlarda yaşayan gənclərin sayı kifayət qədərdir. Rayonlardan gələn tələbələrin əksəriyyətinin kirayədə qalmağa maddi imkanı olmur. Amma çətinlik ondadır ki. yataqxanalar da çatışmır. Maraqlıdır, hansı ali təhsil müəssisələri öz tələbələrini yataqxana ilə təmin edə biləcək? Bu sualla bir neçə ali təhsil müəssisələrinə müraciət edilib.

Lerikdə  zəlzələ

10 Sentyabr 2017 09:10

Sentyabrın 10-da Lerik rayonu ərazisində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli  bildirib ki, Lənkərandan 20 km qərbdə Lerik rayonu ərazisində baş verən zəlzələ yerli vaxtla saat 06:32:22-də qeydə alınıb.

Qadınları intihar həddində çatdıran cinsi xəstəlik - İllərlə bakirə olaraq qalırlar  

9 Sentyabr 2017 18:09

Belə qadınlar ailəli olsalar da illərlə bakirə olaraq qalırlar. Bir müddət özlərinə vaxt verirlər ki, bəlkə müəyyən müddətdən sonra onlar bir-birlərinə öyrəşərlər və bu problem öz-özünə həll olar. VAGİNİZM ( vajinismus)  – cinsi əlaqə qorxusu olub (ilk gecə qorxusu, ağrılı cinsi əlaqə) qadınlarn  özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.)  , eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır. Sizə çoxlarının xəbərsiz olduğu xəstəlik haqqında məlumatı təqdim edirik.