Sosial
Oman Sultanlığı ilə birgə turizm komissiyası yaradılacaq
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Oman Sultanlığının turizm naziri Əhməd bin Nasser Əl Məhrizi ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, Nazim Səmədov Oman vətəndaşlarının Azərbaycana ən çox səfər edən ölkə vətəndaşları sırasında 11-ci yerdə qərarlaşdığını və bu ölkədən gələn turistlərin sayında sürətli artımın müşahidə olunduğunu qeyd edib.
Ermənistan dünya ictimaiyyətinin tələblərinə məhəl qoymur
Ermənistan işğal etdiyi torpaqlarımızda milli mədəni sərvətlərimizi talan edib”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Mahir Abbaszadə səsləndirib. O, bildirib ki, Ermənistan dünya ictimaiyyətinin tələblərinə məhəl qoymur, işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə uzun illərdir davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.
Azərbaycanda yeni kampaniyaya start verilir
İnsan Hüquqlarına dair Universal Bəyannamənin (İHUB) 70 illiyi ilə əlaqədar Azərbaycanda bir il davam edəcək kampaniyaya bu gün start verilir. BMT-nin Azərbaycandakı nümayəndəliyinin informasiya departamentiondən bildirilib ki, bu günkü tədbir 10 dekabr İnsan Hüquqları Gününün qeyd edilməsi çərçivəsində təşkil olunub. Bildirilib ki, kampaniyanın üç əsas hədəfi var. təşviq etmək, iştirak etmək və düşünmək. Kampaniya, bütün dünyada geniş auditoriya bazasını cəlb etmək; Universal Bəyannamənin bizim hamımızı necə gücləndirməsi haqqında anlayışı təşviq etmək; və hər gün hər birimizin hüquqlarını müdafiə etməyin yolları barədə düşünmək məqsədi daşıyır.
Azərbaycanda 3-cü Milli Tərcümə Forumu keçiriləcək
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşkilatçılığı ilə dekabrın 15-də “Park İnn” otelində “Azərbaycanda tərcüməçi hazırlığı və tərcümə bazarı” mövzusunda 3-cü Milli Tərcümə Forumu keçiriləcək.
Sayımızın 10 milyona çatmasına lap az qaldı
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 360 nəfər və ya 0,7% artaraq 2017-ci il noyabr ayının 1-i vəziyyətinə 9 883 341 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, əhalinin 53%-i şəhər, 47%-i kənd sakinləridir, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir.
Gömrük Komitəsi: "OKSİAM-B" preparatı Səhiyyə Nazirliyinin sertfikatı ilə ölkəyə idxal olur”
Bir sıra kütləvi informasiya vasitələrində ölkə ərazisinə “Oksiam-B” adlı saxta dərman preparatlarının idxal edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda dərman preparatının Türkiyə Respublikasında “Univerce Pharma İlaç San. ve Tic. Ltd Şti.” şirkəti tərəfindən istehsal edildiyi və “Dihac” MMC tərəfindən idxal olunduğu bildirilir. Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yayılan məlumatla əlaqədar Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, xarici iqtisadi fəaliyyət iştirakçısı olan “Dihac” MMC tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal olunan, Səhiyyə Nazirliyinin müvafiq sertifikatları ilə təmin edilən dərmanların siyahısında “Oksiam-B” adlı dərman preparatı yoxdur.
Fövqəladə hallar naziri sürüşmə sahələrində təhlükənin aradan qaldırılması istiqamətində görülən işləri açıqlayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Nazirlər Kabinetinin Abşeron yarımadasında subasma prosesləri və göllərin çirklənməsinə səbəb olan amillərinin müəyyən edilməsi və müvafiq müdafiə tədbirləri kompleksinin işlənilməsinə dair tapşırıqlarının icrası ilə əlaqədar göllərin ekoloji cəhətdən sağlamlaşdırılması, yerüstü və yeraltı suların idarə edilməsi və zərərli təsirlərin azaldılması qarşısının alınması məqsədi ilə kompleks tədqiqatlar aparılıb. Məlumata görə, bunu bu gün FHN-nin yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-də keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovdeyib.
102,6 min manat işçilərə ödənilib
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətlərinin bir qismində sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin gecikdirildiyi ifadə olunub.
Ölkədə fikir, söz, ifadə və məlumat azadlığı ən yüksək səviyyədə təmin edilib
Azərbaycanda fikir, söz, məlumat, ifadə azadlığının, plüralizmin təmin edilmıəsi istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərlə bağlı Beyləqan Gənclərin Maarifləndirmə İctimai Birliyinin üzvü Fəzail Quliyevin “OLAYLAR”-a müsahibəsi.
Azərbaycanda 35 metrlik yolka qurulur
Azərbaycanın əsas yolkasının qurulmasına başlanıb. Bu barədə özəl olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib. Onun sözlərinə görə, ölkənin əsas yolkası paytaxtın Neftçilər prospektində, Dövlət Kukla Teatrının arxasında qurulacaq.
Azərbaycandan 900 nəfər başqa ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulub
Azərbaycanda İslam dinini siyasiləşdirməyə cəhdlər olunub. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Bakıda Gənclər Təşkilatlarının III Milli Konqresi keçiriləcək
Dekabrın 19-da 200-dək gənclər təşkilatlarının rəhbərlərinin, dövlət rəsmilərinin və mətbuat nümayəndələrinin iştirakı ilə Bakıda Gənclər Təşkilatlarının III Milli Konqresi baş tutacaq. “OLAYLAR”-ın xəbərinə görə, konqres Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçiriləcək.
Gənclərə sağlam həyat tərzi təbliğ edilir
Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi "Mən həyatı seçirəm” layihəsi çərçivəsində Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Sağlam həyat tərzi” mövzusunda tədbir keçirib. Təhsil ocağından “OLAYLAR”-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Kollecin tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov açaraq bildirib ki, hər bir kəs, xüsusən də gənclər sağlam həyat tərzinə üstünlük verməli, zərərli vərdişlərdən uzaq durmalıdır. X.Məcidov qeyd edib ki, tibb elmi nə qədər inkişaf etsə də bütün xəstəliklərdən insanları xilas edə bilməz. Onun sözlərinə görə, insan öz sağlamlığının yaradıcısıdır və bu sağlamlıq uğrunda daim mübarizə aparmalıdır.
Kitabxanaçılar üçün təlim keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin kitabxanaçıları üçün təlimlərə start verilib. “OLAYLAR”-a daxil olan məlumata görə, BŞTİ və Respublika Elmi Pedaqoji Kitabxanasının (REPK) birgə əməkdaşlığı çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi iştirakçılara kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, onları müasir texnologiyalarla tanış etməkdən ibarətdir.
Hava yağmursuz keçəcək
Bakı və Abşeron yarımadasında dekabrın 15-də buludlu havaşəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.














