Sosial
Efirdə azərbaycanlı və erməni arasında əlbəyaxa dava - VİDEO
Rusiyanın "Zvezda" kanalında yayımlanan siyasi tok-şouda azərbaycanlı jurnalist Fuad Abbasovla erməni əsilli rus ekspert Sarkis Çaturyan arasında əlbəyaxa dava olub.
Baş toksikoloq: “Qaraqurd sancmasından 5 nəfər ölüb”
“Bu il qaraqurd sancmasından 5 nəfər ölüb”. Bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə 2017-ci ildə qaraqurd sancmasından ölüm halları azalıb. Baş toksikoloq bildirib ki, bu il sirkə turşusundan 237 nəfər zəhərlənib: “Sirkə turşusundan zəhərlənənlərdən 1 nəfəri ölüb. Ötən illə müqayisədə sirkə turşusundan ölənlərin sayında azalma var”.
Leysanda islanan misralar
Əlişad Cəfərov Cəlilabad rayonunun Üçtəpə kədində anadan olub. Moskvada SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunu fərqlənmə diplomu ilə bitirib. AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Poeziya” şöbəsinin müdiri və redaksiya heyətinin üzvüdür. Şeirləri respublikanın ən ünlü mətbu orqanlarında dəfələrlə dərc olunub.
Binəqədidə daha bir yol təmir edildi
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çəçrçivəsində Binəqədi rayonu Şövkət Məmmədova küçəsi təmir olunub.
Məktəblilər üçün təlimlər keçirilir
Paytaxt məktəbliləri üçün fövqəladə hallarda davranış qaydalarına dair təlimlərə start verilib. “OLAYLAR”-ın xəbərinə görə, “Ümumi təhsil müəssisələrində baş verə biləcək fövqəladə hallara şagirdlərin fiziki və psixoloji hazırlığı” mövzusunda təlimlər “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil edilir. Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallarla bağlı bilik və bacarıqlarını təkmilləşdirmək, onları müvafiq hadisələrə psixoloji cəhətdən hazırlaşdırmaqdan ibarətdir.
Parlamentin Silahlı Qüvvələr üzərində nəzarəti təklif olunub
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Azərbaycan Silahlı Qüvvələri üzərində nəzarəti təklif edilib. “Olaylar”n məlumatına görə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa belə bir təkliflə çıxış edib. Bildirib ki, yeni sənədin 15-ci (Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət) maddəsində bununla bağlı əlavələr edilməlidir.
Deputat: " Püşəkar jurnalistlərə ordudan yazmağı qadağan etmək doğru deyil”
Milli Məclisin dekabrın 15-də keçirilən iclasında peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etiraz edilib.
Azərbaycan dünyanın sosial dövlətlər sırasına qoşulmalıdır
Artıq bir ilə yaxındır ki, ölkədə icbari tibbi sığorta sisteminin tətbiq olunması ilə bağlı pilot layihələr həyata keçirilir. Bu layihə kifayət qədər müsbət effekt verdiyindən onun ümumilikdə ölkə üzrə tətbiq edilməsi də haqlı olaraq gündəmə gəlib. Sevindirici hal ondan ibarətdir ki, icbari tibbi sığorta sisteminin ümumilikdə ölkə üzrə tətbiq edilməsi istiqamətində vacib və zəruri addımlar atılır.
Əlilliyi olan şəxslərin təhsilində yeni mərhələyə start verilir
Prezident İlham Əlıiyev “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə
Dövlət İmtahan Mərkəzi (DİM)rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün imtahanın birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. DİM-dən verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər dekabrın 18-isaat 10:00-dan dekabrın 22-si saat 17:00-dək Mərkəzin internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. Sınaq imtahanı dekabrın 23-də DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Bu il büdcədən sosial müdafiə, təhsil və səhiyyə sahələrinə 4 mlrd. manat xərclənib
2017-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 13 mlrd. 557,1 mln. manata, xərcləri isə 13,5% artaraq 14 mlrd. 150,2 mln. manata çatıb.
Parisdə azərbaycanlı girovlarla bağlı konfrans keçirilib
“Balzak” kinoteatrında Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “XXI əsrdə qaçqın və girov məsələsi : Azərbaycan nümunəsində” adlı konfransda keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr edilmiş konfransı açan vəkil Alen Tremolyer Dağlıq Qarabağ münaqişəsinə, onun nəticələrinə, Azərbaycanın ərazi bütövlüyünə diqqəti çəkib, cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən mülki şəxslərdən, öz doğma torpaqlarında girov götürülmüş azərbaycanlılardan danışıb. Sonra rejissor Maksim Mardukayevin “Qarabağ, səni tərk etmirəm” (“Karabagh, je ne te quitte pas”) adlı 50 dəqiqəlik sənədli filmi nümayiş olunub. Azərbaycanlı qaçqınların və məcburi köçkünlərin həyatına həsr olunmuş film doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərimizin köhnə qatar deposunda sığınacaq tapmalarından, çətinliklərlə üzləşmələrindən və bütün bunlara baxmayaraq, doğma evlərinə qayıtmaq həsrəti ilə yaşamalarından bəhs edir.
Mahmud Abbasa Azərbaycan İslam irsini əks etdirən ensiklopediya təqdim edilib
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının Fövqəladə Zirvətoplantısında iştirak üçün İstanbulda səfərdə olan Fələstin lideri Mahmud Abbas, İslam ƏməkdaşlıqTəşkilatı Gənclər Forumunun (İƏT Gənclər Forumu) sədri səfir Elşad İskəndərovun rəhbərlik etdiyiheyət ilə görüş keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüş zamanı Fələstin dövlət başçısı Mahmud Abbas, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumunun müsəlman ölkələri gəncliyinin inkişafı və həmrəyliyinə yönəlmiş fəaliyyətlərini təqdir etdiyini deyib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilmiş İƏT Fövqəladə Zirvəsində Qüds məsələsi ilə bağlı nümayiş etdirdiyi ədalətli və cəsarətli mövqeyini də yüksək qitmətləndirdiyini bildirib.
“ASAN Viza” sistemində yeniliklər
“ASAN Viza” sisteminin inkişafı və istifadəçi rahatlığının təmin edilməsi ilə bağlı tədbirlər çərçivəsində “ASAN Viza” sistemində təkmilləşdirmə işləri aparılaraq portalın fransız dili versiyası istifadəyə verilib. Olaylar.az bildirir ki, hazırda portal 6 dildə fəaliyyət göstərir. Əlavə olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qaydalarına dair məlumatlandırmasını təmin etmək və müvəqqəti qeydiyyatın aparılması məqsədilə “ASAN Viza” portalı üzərindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin internet səhifəsinə keçid təmin edilib.
Komitə sədri vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.



.jpg)










