Sosial
1100 nəfər dərman içdi ki, sağalsın, amma zəhərləndi
Bu il Kliniki Tibbi Mərkəzə dərmandan zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub. Bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Pensiyaların nə qədər artırılacağı yanvarda məlum olacaq - RƏSMİ
"2018-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat alacaq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Azadlıq prospekti nə vaxt açılacaq? - Rəsmi
Azadlıq prospekti, S.S. Axundov küçəsi ilə Biləcəri-Baksol yolu ilə kəsişməsi arasında yerləşən hissəsindəki təmir işləri yekunlaşmaq üzrədir. Bunu açıqlamasında Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, ərazidə asfaltlama işləri görülür: "Azadlıq prospekti, S.S. Axundov küçəsi ilə Biləcəri-Baksol yolu ilə kəsişməsi arasında yerləşən hissədə təmir işləri gündüz və gecə həyata keçrilir. Demək olar ki, işlərin 70-80 faizi yekunlaşıb".
Bakcell şirkəti və Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi olan Qərbi Kaspi Universiteti (Western Caspian University) arasında əməkdaşlıq memorandumu imzalanıb. Dekabr ayının 14-də Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers və Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas tərəfindən imzalanan Memoraduma əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.
"Hesablama Palatası haqqında" qanun layihəsi fikir ayrılığı yaratdı
Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında yenidən hazırlanan "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, sənəddə Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklif edilir.
“Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul olundu
Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun lahihəsi barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, sənəd Azərbaycan Respublikasının Konstitusiyası, Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinaya uyğun hazırlanıb. Qanun layihəsi Azərbaycanın dövlət maraqlarına cavab verir.
Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə toplantı keçirilir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplantıdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.
3-cü Milli Tərcümə Forumu keçirilib
Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşkilatçılığı ilə “Azərbaycanda tərcüməçi hazırlığı və tərcümə bazarı” mövzusunda 3-cü Milli Tərcümə Forumu keçirilib. “OLAYLAR”-ın xəbərnə görə, forumda tərcüməçilər, dilçilər, beynəlxalq təşkilat və səfirliklərin, eləcə də dövlət və qeyri-hökumət qurumlarının tərcümə və dil məsələləri ilə əlaqəli nümayəndələri iştirak edib.
Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə Heyətinin üzvü Şahverdi Babayev Qazaxıstanın müstəqillik günü ilə əlaqədar yüksək fəxri ada layiq görülüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, soydaşımız bu ölkənin ictimai-siaysi həyatında fəal iştirakına, ölkədə sosial inkişafın gücləndirilməsindəki roluna, təbii fəlakətlər zamanı zərər çəkən bölgələrə göstərdiyi maddi dəstəyə və digər xidmətlərinə görə “Qazax xalqının adamı” medalı ilə təltif edilib.
“Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, konfransı giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov bildirib ki, konfransın əsas məqsədi Azərbaycanın 2025-ci ilədək İKT sektorunun inkişaf perspektivlərinin müəyyən edilməsidir.
Ziyafət Əsgərov: “Eşitdiniz jurnalistlər, nə var onu yazın!”
“Mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisdə “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Nazir müavini ordu haqda yazılarda həssas olmağa çağırdı
“Ordu ilə bağlı məsələlər barədə çıxış edərkən bir qədər həssas olmalıyıq. Öncə qeyd etməliyəm ki, biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”.
Kərim Vəliyev: “Müddətdən artıq hərbi xidmətə götürülənlərlə bağlı məsələ diqqətdə saxlanılır”
Milli Məclisin iclasında Silahlı Qüvvələrdə müddətdən artıq xidmətə götürənlərlə bağlı xüsusi nəzarətin tətbiq edilməsi təklif olunub. “Olaylar”ın məlumatına görə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Naqif Həmzəyev bildirib ki, müddətdən artıq xidmətə götürənlə bağlı sənədləşmə zamanı Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin yerlərdəki bölmələrindən xüsusi arayışın alınması lazımdır: “Son vaxtlar hərbi sirlə bağlı orduda bəzi problemlərin olması da bunun vacibliyini ortaya çıxarır.
Deputat penitensiar xidmətdən danışdı
Milli Məclisin iclasında Penitensiar Xidmətin fəaliyyətindən narazılıq ifadə olunub. “Olaylar”ın məlumatına görə, çıxış edən deputat Fazil Mustafa bildirib ki, qurum qeyri-peşəkarlardan ibarət komanda ilə fəaliyyət göstərir.
Əmək Nazirliyində Niyyət Məktubu imzalanıb
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Niyyət Məktubu imzalanıb. Sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-in rezident nümayəndəsi Qulam İsakzai və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva imzalayıblar.














