Sosial
AMEA prezidenti: "2020-ci ildə gənc alimlərə yeni mənzillər veriləcək"
"Gənc alimlərin stimullaşdırılması və sosial problemlərinin həlli elmin inkişafına müsbət təsir göstərir". Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
Cəriməsi olan sürücülərə BƏD XƏBƏR - QADAĞALAR gəlir
Yol hərəkəti qaydalarını pozduqları üçün cərimələnən sürücülər cərimələrini ödəmədiyi halda sürücülük vəsiqələri dəyişdirilməyəcək, avtomobilləri texniki baxışdan keçirilməyəcək. Bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, bununla bağlı "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər ediləcək.
Şəhid qızını öldürən biznesmen oğlu həbsdən buraxılıb? — RƏSMİ AÇIQLAMA
Bakı şəhər prokurorluğu bəzi kütləvi informasiya vasitələrinin yaydığı paytaxtın Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxsin Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılması barədə informasiyaları təkzib edib.
Azərbaycanda İNSTAQRAM DƏLƏDUZLUĞU - Ehtiyatlı olun!
“Bu adam onlarla desəm az olar, bəlkə də yüzlərlə insana qarşı dələduzluq edib”. Emil Əmiraslanov sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb. O, qardaşının başına gələnləri başqalarının yaşamasını istəmir. Belə ki, Emil Əmiraslanovun ailə üzvü dələduzluğun qurbanı olub. Onun qardaşı Əli Əmiraslanov İnstagram səhifəsini satın almaq üçün özünü Ramin İsmayılov kimi təqdim edən şəxslə elektron poçt vasitəsilə əlaqə saxlayıb.
Azərbaycanda ölənlərin sayı 47 mini keçib - 2017 - ci ildə
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 47695 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında təkcə Bakı şəhərində ölənlərin sayı 9746 nəfər təşkil edib. Respublikada doğumaların sayına gəlincə, bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120 035 doğulan körpə qeydə alınıb.
65 482 uşağın sağlamlıq imkanları məhduddur - Azərbaycanda
Azərbaycanda 65 482 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Bu barədə Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda qeyd olunub.
Sarı it ilində bizi nə gözləyir? - Astroloji proqnoz
2018-ci il astroloji baxımdan sarı it ili hesab olunur. "Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli qarşıdan gələn Sarı it ili ilə bağlı açıqlamasında proqnozlarını irəli sürüb.
Rektor rus dili səfirləri ilə görüşdü
Dekabrın 14-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla Rusiya Federasiyasının A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunda rus dilinin öyrədilməsi üzrə təlimlər keçən 11 nəfər rus dili səfiri ilə görüşüb. Olaylar.az bildirir ki, öncə rektor K.Abdulla görüşdə iştirak edən Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterovu təqdim edib. O, bildirib ki, A.Nesterov həftə ərzində universitetin professor-müəllim heyəti ilə görüşlər keçirib, tələbələrə mühazirələr oxuyub. ADU-da Rusiyaşünaslıq elmi-tədqiqat laboratoiyasının açıldığını deyən rektor K.Abdulla əməkdaşlıq çərçivəsində daha çox layihələrin birgə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
Müasir Macarıstanın banisi İştvan Seçeniyə həsr olunmuş tədbir
AMEA Mərkəzi Elmi Kitabxanası və Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyi ilə birgə MEK-də müasir Macarıstanın banisi, Macarıstan Elmlər Akademiyasının yaradıcısı, iqtisadçı, yazıçı, siyasət nəzəriyyəçisi İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib. Olaylar.az bildirir ki, tədbirdə Macarıstanın Azərbaycandakı Səfirliyinin və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin rəhbərləri, AMEA-nın təhsil müəssisələrinin, media və ictimai birliklərin nümayəndələri iştirak ediblər. Tədbir başlayarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“XXI əsrdə Rusiya: dövlətçiliyin yeni modelinin formalaşması” mövzusunda dəyirmi masa
Dekabrın 14-də Azərbaycan Dillər Universitetində “XXI əsrdə Rusiya: dövlətçiliyin yeni modelinin formalaşması” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, dəyirmi masada universitetdə qonaq olan Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterov professor-müəllim heyəti ilə görüşüb.
Ayaqlarda qıcolmaların səbəbləri
İnsanların əksər hissəsi ayaqlarda qıcolmalarla rastlaşır. Bir çox hallarda qıcolma gecə yuxu zamanı inkişaf edir. İnsan kəskin ağrıdan oyanır. Əksər hallarda qıcolmalar baldırlarda, bəzən pəncələrdə və ayaq barmaqlarında olur. Əgər belə qıcolamalar tez-tez təkrarlanırsa, həkimlə məsləhətləşin. Ayaqlarda qıcolmalar bəzi ciddi pozulmaların əlaməti ola bilər.
“Adların melodiyası” - Adınızdakı gizli xarakterinizi öyrənmək üçün OXUYUN
Adların insan həyatına təsirini və hərflərin sirlərini ilk dəfə yəhudilər təhlil və analiz edib. Bununla bağlı bir sıra dövlətlərin müxtəlif araşdırmaları mövcuddur. Adların və adlardakı hərflərin insan həyatına təsirini zamanla ərəblər də təsdiqləyib. Qədim Misirdən Roma İmperatorluğuna qədər bütün millətlər bu elmlə yaxından maraqlanır. Hətta qədim romalılar “nomen est omen”, yəni “adımız taleyimizdir” deyəcək qədər güclü bir inanca sahib idilər.
“Dağlıq Qarabağ münaqişəsinin hüquqi-diplomatik aspektləri” mövzusunda tədbir
Dekabrın 14-də Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Dağlıq Qarabağ münaqişəsinin hüquqi-diplomatik aspektləri” mövzusunda tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva tədbirin əhəmiyyətli bir mövzuya həsr edildiyini qeyd edib və çıxış üçün sözü məruzəçilərə verib.
“Azərbaycan dilini öyrənirik” layihəsinin iştirakçıları Heydər Əliyev Mərkəzində
Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən rus pravoslav kilsələrində rusdilli vətəndaşlar üçün ödənişsiz əsaslarla təşkil edilmiş təlim kursunun iştirakçıları üçün növbəti ekskursiya təşkil olunub. Olaylar.az bildirir ki, rusdilli vətəndaşlar Bilik Fondunun Ölkədaxili layihələr sektorunun məsləhətçisi İslam İslamzadənin müşayiəti ilə Heydər Əliyev Mərkəzində olublar. Kursun dinləyicilərinə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəz barədə ətraflı məlumat verilib.
Uşaqda qarın ağrısı, qusma varsa... – VALİDEYNLƏRƏ ÇAĞIRIŞ
Qasıq yırtığı valideynlər arasında daha çox "qrıja" termini ilə tanınır. Qasıq yırtığı uşaq ağladıqda, qışqırdıqda, öskürdükdə və ya oynayarkən qarındaxili təzyiqin artması ilə əlaqədar olaraq qızlarda qasıq, oğlanlarda isə qasıq-xayalıq bölgəsində findıq, qoz, yumurta və ya daha böyük ölçüdə şişkinliyin qeyd edilməsi ilə özünü büruzə verir. Adətən bu şişkinlik uşaq sakitləşdikdə və ya şişkinliyin üzərinə əllə yüngül təzyiq etdikdə qarın boşluğuna qayıdaraq aradan qalxır.














