Sosial
BNA təkliflər hazırladı
Bakı Nəqliyyat Agentliyi metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (pramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, hər gün axşam saatlarında ərazidə müşahidə edilən vəziyyət həmin yoldan istifadə edən bütün hərəkət iştirakçılarının ciddi narazılığına səbəb olur.
Təhsil Liqaları”na start verilib
Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetin İdman Kompleksində basketbolçulardan ibarət komandalar arasında 2017-2018-ci il üzrə “Təhsil Liqaları”na start verilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə 13 (U-13) və 15 yaşadək (U-15) komandalar arasında təşkil edilən “Təhsil Liqaları”nın keçirilməsində məqsəd yaş qrupları üzrə ən yaxşı basketbolçuların aşkar edilməsi, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsindən ibarətdir.
Azərbaycanda söz və mətbuat azadlığının təminatı ən yüksək səviyyədədir
Demokratiyanın əsas göstəricilərindən biri fikir, söz və məlumat azadlığıdır ki, bu prinsiplər də ölkəmizdə yüksək səviyyədə təmin edilir. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən prinsiplərin, fikir, söz və məlumat azadlığının təmin olunmasının əsas qarantı Azərbaycanda hakimiyyət, dövlətdir.
Peterburqdakı azərbaycanlı biznesmenlər hədələnib: “Mustafayevin yerini deməsəniz...”
Peterburqda idarə etdiyi “Range Rover”lə məktəbliləri daşıyan avtobusun qarşısını kəsib sürücünü döyən və bıçaqlayan azərbaycanlı biznesmen Əlizadə Mustafayevin tutulması əməliyyatının təfərrüatları məlum olub. virtualaz.org xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkin bu səs-küylü cinayət işini nəzarətinə götürəndən sonra Peterburqun hüquq-mühafizə orqanlarının rəhbərləri qarşısında Yeni ilə qədər nə yolla olursa olsun, şübhəlini yaxalamaq vəzifəsi qoyub. Nəticədə onu tutmaq üçün həm şəhər Baş polis idarəsinin, həm müvafiq rayon polis şöbəsinin əməliyyatçıları səfərbər olunub.
Şeyxin müavini Qəmərxanım Qərbin fitnəsi barədə: "Azərbaycanı da öz oyunlarına alət etmək istəyirlər"
"Azərbaycanın dini mühitində baş verən bir sıra xoşagəlməz halların iki əsas mənbəyi mövcuddur". Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı deyib. Onun sözlərinə görə, bunlardan birincisi xaricdən Azərbaycana ixrac olunan ekstremizmdir ki, dini rəng alaraq əhalinin mənəviyyatına, əxlaq dəyərlərinə ciddi zərbə vurur: "İkinci cəhət isə bəzi qərəzli qüvvələrin təəsssüf ki, kütləvi informasiya vasitələri və sosial media vasitəsilə dini mühitimiz haqqında bilərəkdən mənfi rəy formalaşdırmasıdır".
İsrafil Məmmədovun 90 illik yubileyi keçirilib
Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu tanınmış ermənişünas alim İsrafil Məmmədovun 90 illik yubileyini keçirib.
Bakıda İslam dünyasının gənc klassik musiqi ifacılarının VII Beynəlxalq müsabiqəsi keçiriləcək
Gələn il Azərbaycanda İslam dünyasının gənc klassik musiqi ifacılarının VII Beynəlxalq müsabiqəsi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, belə bir müsabiqənin keçirilməsində məqsəd gənclərin mədəniyyət və incəsənətə marağının artırılması, istedadlı gənclərin stimullaşdırılmasıdır.
Kürdəmirin 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Kürdəmir rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində rayonun 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
Bakıda teleqüllə yaxınlığında sürüşmə baş verib
Bayıl yamacında, Bakı Televiziya Qülləsinin ətrafında torpaq qatında çatlar əmələ gəlib. Ərazidə sürüşməyə qarşı inşa edilmiş istinad divarları deformasiyaya məruz qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov cavab olaraq bildirib ki, Bayıl dərəsi istiqamətində əhali tərəfindən tikinti məqsədilə yamac şaquli kəsilib və bu yamacın dayanıqlılığının itməsinə səbəb olub: “Bu səbəbdən və atmosfer yağıntılarının təsirindən yamacda sürüşmə - batma prosesi baş verib. Ərazidə müxtəlif ölçülü çatlar yaranıb”.
“Mühüm məsələlər qeyri-rəsmi görüşlərdə müzakirə olunur”
"Azərbaycan Respublikasının çoxtəfəli formatda əməkdaşlıq etdiyi platformalardan biri, təcavüzkar Ermənistan istisna olmaqla, Müstəqil Dövlətlər Birliyidir”. Bunu millət vəkili Musa Qasımlı deyib.
Respublikamızın 57 rayon və şəhərində Əmək yarmarkaları keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan aktiv məşğulluq tədbirlərindən biri də işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təminatında mühüm rol oynayan Əmək yarmarkalarıdır. 2017-ci ildə də Dövlət Məşğulluq Xidməti tərəfindən respublikamızın 57 rayon və şəhərində Əmək yarmarkaları təşkil olunub.
Dini Komitə və Mətbuat Şurası yazı müsabiqəsinin qaliblərini mükafatlandırdı
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhəri Məşədi Dadaş məscidi dini icmasının birgə təşkilatçılığı ilə tərəfindən "Söz azadlığı və dini icmalar" mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda media, kütləvi informasiya vasitələri ilə dini icmalar arasında sıx əlaqələrin olduğunu söyləyib.
Tbilisinin qəsəbəsində küçələrdən birinə Rəşid Behbudovun adı verilib
Bu il Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında yerləşən Poniçala (Soğanlıq) qəsəbəsinin küçələrindən birinə Rəşid Behbudovun adı verilib. Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, bu barədə qərar Tbilisi sakrebulosu (şəhər bələdiyyə şurası) tərəfindən 25 iyul 2017-ci il tarixində qərar qəbul olunub.
Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA
Tbilisi meri Kaxa Kaladze yaxın gələcəkdə şəhərin küçələrinin adlarını bildirən köhnə lövhələrin vahid standart əsasda hazırlanacaq yeniləri ilə əvəz olunacağını açıqlayıb. O bildirib ki, yeni dizaynlı lövhələrin hazırlanması ilə bağlı işlərə artıq başlanılıb. Gürcüstan paytaxtında görkəmli azərbaycanlıların adlarını daşıyan küçələrin olmasını nəzərə alsaq, bu açıqlamanı Azərbaycan cəmiyyəti üçün də xoş xəbər hesab etmək olar. Lakin araşdırma zamanı məlum olub ki, həmin küçələrin çoxu Azərbaycanın tanınmış şəxsiyyətlərinin adlarını real deyil, yalnız Tbilisinin xəritəsində “daşıyır”.
"Əksər hotellərdə bayram günlərinə boş yer qalmayıb"
Tələbat Azərbaycanda turizm infrastrukturunun genişləndirilməsi və yeni otellərin tikilməsini diqtə edir. Bunu nazir Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında deyib. Onun sözlərinə görə, artıq Yeni il ilə bağlı hotellərin əksəriyyətində yer qalmayıb: "Azərbaycan vətəndaşlarının əksəriyyəti bayramı ölkədə keçirməyi qərara alıb. Bunun üçün də yerlərdə konsert proqramları və əyləncələrin təşkilinə xüsusi önəm verilir".














