Azərbaycanda söz və mətbuat azadlığının təminatı ən yüksək səviyyədədir
Demokratiyanın əsas göstəricilərindən biri fikir, söz və məlumat azadlığıdır ki, bu prinsiplər də ölkəmizdə yüksək səviyyədə təmin edilir. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən prinsiplərin, fikir, söz və məlumat azadlığının təmin olunmasının əsas qarantı Azərbaycanda hakimiyyət, dövlətdir.
27 Dekabr 2017 16:26 SosialÖlkəmiz bu sahədə regionun lider dövlətinə çevrilib
Demokratiyanın əsas göstəricilərindən biri fikir, söz və məlumat azadlığıdır ki, bu prinsiplər də ölkəmizdə yüksək səviyyədə təmin edilir. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən prinsiplərin, fikir, söz və məlumat azadlığının təmin olunmasının əsas qarantı Azərbaycanda hakimiyyət, dövlətdir. Xüsusilə, Azərbaycanın dövlət başçısı, prezident İlham Əliyev ölkədə fikir və söz, məlumat azadlığı, plüralizmin təmin olunması, bu prinsiplərə yüksək səviyyədə əməl edilməsi istiqamətində qətiyyətli və ardıcıl, məqsədyönlü addımlar atır. Həyata keçirilən bu siyasət öz növbəsində həm də Heydər Əliyev ideyalarına sadiqlik nümayişidir. Çünki Azərbaycanda söz, fikir, ifadə azadlığı, plüralizmin təmin edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1998-ci ildə Heydər Əliyevin imzalamış olduğu müvafiq sənəd əsasında ölkədə senzuranın ləğv edilməsi, kütləvi informasiya vasitələrinin müasir dövrün tələblərinə uyğun şəkildə fəaliyyət göstərməsi, müstəqilliyini yenicə əldə etmiş Azərbaycanda fikir, söz, məlumat azadlığının inkişafını şərtləndirən amillərdən idi. Məhz ümummilli lider Heydər Əliyevin atmış olduğu bu mühüm addımlar tezliklə Azərbaycanda azad medianın, müstəqil kütləvi informasiya vasitələrinin formalaşmasına yol acdı, ölkədə mətbautın normal və maneəsiz fəaliyyəti üçün şərait yarandı. Elə ona görədir ki, bu gün Azərbaycan mətbuatının hazırkı inkişaf dövrü, əldə etmiş olduğu nailiyyətlər birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə səciyyələndirilir. Bu gün Azərbaycan mətbuatının, kütləvi informasiya vasitələrinin hazırkı inkişafı onunla əlaqədardır ki, zamanında onun təməli sağlam qoyulub və bünövrəsi möhkəmdir.
Hüquqşünas Arif Bağırov bildirib ki, Ümummilli lider Heydər Əliyevin də söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində müstəsna xidmətləri olub. Bu sahədə indi prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən siyasətin əsası məhz ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub: "Belə ki, müstəqilliyimizi əldə etdikdən sonra prezident Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olundu. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz. Ulu öndərimiz Heydər Əliyevin 1998-ci il, 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı. Təbii ki, bundan sonra mediamızın sürətli inkişafını müşahidə edə bildik". Savalan Məmmədli medianın söz, məlumat azadlığı, plüralizmdən nə dərəcədə yararlana bilməsindən də söhbət açıb və bildirib ki, bu artıq media orqanına görə dəyişən bir məqamdır". Onun sözlərinə görə, Azərbaycan dövləti, onun prezidentinin ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində atmış olduğu addımlar göz önündədir. Hazırda Azərbaycan dövlətinin söz, məlumat, ifadə azadlığı və plüralizmin təmin olunmasını qanunlarımız tənzimləyir: "Dövlətin mətbuata göstərdiyi qayğı ümumilikdə medianın inkişafı və qarşılaşa biləcəyi təhlükələrdən qorunması məqsədi daşıyır. Bu dəstək indiyə qədər müxtəlif formalarda davam edir. Xatırladım ki, prezident İlham Əliyev 2005-ci ildə "Əməkdar jurnalist" adının bərpa olunması, "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlar imzalayıb. Həmin ildə mətbuatın 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi də atılan addımlar sırasındandır. Azərbaycan milli mətbuatının 135 illik yubileyi də dövlət başçısının bir-birindən əhəmiyyətli sərəncamları ilə yadda qaldı. Belə ki, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi, bir qrup jurnalistin fəxri adlar və "Tərəqqi" medalı ilə təltif edilməsi barədə sərəncam imzalamaqla yanaşı, dünyada analoqu olmayan bir addım da atdı. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" sərəncamı, eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi də diqqət və qayğının bariz nümunələrindəndir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürüdür".
Sosioloq Elçin Həmidov bildirib ki, Azərbaycanda həyata keçirilən demokratik islahatlar, insan haqlarının, o cümlədən vətəndaşların söz və fikir azadlıqlarının təmin edilməsinə yönəlmiş ardıcıl tədbirlər davam etməkdədir. Bu sahədə qəbul edilmiş qanunlar, nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır: "Qətiyyətlə demək olar ki, dünyada hamılıqla qəbul edilmiş prinsiplərə uyğun olaraq, ölkəmizdə fikir, ifadə və məlumat azadlıqlarının təmin olunması, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların sərbəst fəaliyyəti üçün lazım olan bütün şərait yaradılıb. Təkcə bu faktı xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda mətbu nəşrlərin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Yaradılmış əlverişli şəraitin əyani ifadəsi olaraq çoxsaylı mətbu nəşrin təsis olunması, müxtəlif məramlı siyasi partiya və qeyri-hökümət təşkilatının dövlət qeydiyyatına alınması, kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı bir sıra vergi və maliyyə güzəştlərinin müəyyən edilməsi və digər tədbirlər ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına xidmət edən amillərdir. Bu gün dünyada mətbuatın inkişafı ilə bağlı maraqlı tendensiyalar müşahidə olunmaqdadır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bütün sahələrdə olduğu kimi mediadan da yan keçmədyib. Əgər on illər öncə çap mətbuatı üstünlüyü ələ almışdısa, bu gün əsas güc internet və elektron medianın üzərinə düşür. Son illərin yeni tendensiyası hesab olunan sosial media isə ən yeni növ kimi dünyanı cənginə almaqdadır. Azərbaycan isə dünyada internetin azadlığına görə ön sırada gedən ölkə kimi tanınır. Ölkəmizdə söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olması ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən də etriraf edilir".
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi hər kəsin söz, məlumat, ifadə azadlığını təmin edir: "Prezident İlham Əliyevin söz, məlumat, ifadə azadlığının təmin edilməsinin əhəmiyyəti ilə bağlı çoxlu sayda çıxışları mövcuddur. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" və "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamlarının verilməsi isə bu istiqamətdə atılan konkret addımlardandır. Eyni zamanda 2009-cu ildə "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamını da Prezidentimizin bu barədə atdığı addımlara nümunə kimi göstərmək olar. Plüralizmin təmin olunması istiqamətindəki atılan addımlara gəldikdə isə ölkədəki fərqli inanc sahibli insanlara yaradılan bərabər şərait hər şeyi deyir. Belə ki, bəzi kütləvi informasiya vasitələri söz, məlumat azadlığının verdiyi hər cür imkandan maksimum istifadə edərək daxili və xarici məsələlər, siyasi, ictimai, sosial, elmi, dini kimi mövzuya aid əldə edə bildiyi məlumatları yayımlanma formasına uyğun olaraq auditoriyasına çatdıra bilir. Məhz bunun nəticəsidir ki, bir sıra media orqanlarımız özünü beynəlxalq səviyyədə tanıda bilib. Belə halda mətbuat orqanlarımız dövlətin dəstəyini dəyərləndirərək şəxsi prinsipləri kənara qoyaraq dövlət və millətin maraqlarından çıxış etməlidirlər". Qeyd edək ki, demokratik cəmiyyətlərdə bir qayda olaraq onu şərtləndirən amillər, başlica prinsiplər yüksək səviyyədə təmin edilir, onların bütün parametrlər üzrə tətbiq edilməsi zərurətə çevrilir. Bu prinsiplər sırasında fikir və söz azadlığı, pluralizm ön planda dayanır. Sirr deyil ki, fikir və söz azadlığı olmayan ölkədə demokratiyadan, demokratik prinsiplərin qorunması, inkişaf etdirilməsindən danışmaq yersizdir. Belə ölkələr bir qayda olaraq antidemokratik ölkə kimi xarakterizə edilir. Ancaq Azərbaycan barədə belə bir fikir səsləndirmək doğru olmaz. Çünki Azərbaycan artıq on illərdir ki, demokratiya yoluna sadiqlik nümayiş etdirərək bu istiqamətdə irəliləyir. Xüsusən, mediaya yaradılan şəraitə görə Azərbaycanı regionun lideri kimi dəyərləndirmək yerinə düşərdi.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir