Sosial
Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq
"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı var". Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Orfoqrafiya Komissiyasında müzakirələrin davam etdirildiyini vurğulayan akademik bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin sonuncu, 2013-cü il nəşrinə dialekt sözlər və eyni sözün 2 variantı daxil edilib: "Məsələn, orfoqrafiya lüğətinin son nəşrində "qarğamaq" və "qarğımaq" sözləri yazılıb. Düzgün variant təbii ki, "qarğımaq"dır".
Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasında
Britaniyanın “Telegraph” qəzeti dini etiqad səviyyəsinə görə dünyanın müxtəlif ölkələrinin xəritəsini hazırlayıb. Aparılan sorğunun nəticələrinə görə, Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasına düşərək, 13-cü yerdə qərarlaşıb.
Şəhərlə kənd arasındakı fərq aradan qaldırılır
Sirr deyil ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində siyasi və makroiqtisadi sabitliyə nail olunub, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılıb, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb. Həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin simasını dəyişməklə yanaşı, əhalinin sosial-rifahına da müsbət təsir göstərib.
Hesablama Palatası İşsizlikdən sığorta fondu barədə rəy verdi
“İşsizlikdən sığorta fondunun 2018-ci büdcəsinin gəlir mənbələrini “İşsizlikdən sığorta haqqında” qanunla müəyyən edilmiş mənbələrlə müqayisə etdikdə, fondun gəlirlərinin tərkibində konkret olaraq yalnız sığorta haqlarının göstərildiyini deyə bilərik. Digər mənbələr isə ümumiləşdirilərək “sair gəlirlər” kimi qeyd edilib, sair gəlirlər tərkibi açıqlanmadan təqdim edilib”.
Birgə anım tədbiri və hər iki təşkilata tövsiyə
“20 Yanvar” və “İranlı Mühacirlər Cəmiyyəti” ictimai birliklərinin üzvləri yanvar faciəsinə aid birgə tədbir keçiriblər. Beynəlxalq Mətbuat Mərkəzində düzənlənən “dəyirmi masa”da hər iki qurumun təmsilçiləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, qanlı olaylar zamanı yaralanan, sağlamlığını itirən insanlar, alimlər və təhqiqatçılar iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət himni səslənib və müstəqillik yolunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Şamaxıda vulkan püskürüb
Şamaxı rayonunda palçıq vulkanı püskürür. Vulkan gecə saat 1:00 radələrində rayonun Quşçu kəndində püskürməyə başlayıb və proses hazırda davam edir.
İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu
Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.
Şamaxıda buz bağlayan yollarda 2 qəza baş verdi: 5 yaralı var
Şamaxı rayonuna yağan qar, şaxtalı və dumanlı hava səbəbindən bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtomobil yolları buz bağladığı üçün iki sürücü idarəetməni itirərək qəza törədib.
AzTU-da açıq qapı təşkil olunub
Yanvrın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişini izləmək üçün universitet İctimai Şurasının üzvləri, KİV nümayəndələri, təhsil ekspertləri və valideynlərin iştirakı ilə açıq qapı günü təşkil olunub.
“Dövlət bayrağının tarixi” təbliğ olunur
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr davam edir. “OLAYLAR”-a Təhsil İdarəsindən bildirilib ki, səyyar mühazirələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir. Mühazirələrin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.
“ASAN xidmət” Monteneqro mətbuatında
Monteneqronun nüfuzlu CdM informasiya portalında “Dövlət idarəçiliyi çox geniş sahədir, optimallaşdırması zəruridir” adlı məqalədə Azərbaycan brendi “ASAN xidmət”dən bəhs olunub. Olaylar.az bildirir ki, Monteneqronun Dövlət İdarəçiliyi naziri xanım Suzana Pribiloviç CdM informasiya portalına verdiyi müsahibəsində qeyd edib ki, Nazirlik elektron hökumət portalının təkmilləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək, eləcə də Monteneqroda ən yaxşı dünya təcrübələrinə uyğun olan vahid məkan prinsipinin tətbiq olunması bu fəaliyyətə daxildir.
Evdə yanan 5 yaşlı uşağın anası da öldü
Yanvarın 15-də saat 8 radələrində Bərdə rayonunun Güloğlular kəndində rayon sakini Xəyyam Novruzovun evində yanğın baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanğın söndürüldükdən sonra X.Novruzovun nəvəsi, 5 yaşlı Rüqayənin yanmış meyiti tapılıb. Uşağın xəstəxanaya yerləşdirilmiş anası Zümrüd Novruzova isə orada ölüb. Araşdırma aparılır.
DİN yol-patrul xidmətinə işçi axtarır
Daxili İşlər Nazirliyi (DİN) aşağıda göstərilən polis orqanlarında vakant yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Baş Dövlət Yol Polisi İdarəsində (1 vəzifə), Bakı şəhəri Dövlət Yol Polisi İdarəsində (27) və Nərimanov (1) rayon polis idarələrində, Hacıqabul (1), Kürdəmir (1), Samux (1), Yevlax (1), Cəlilabad (1), Laçın (1), Xızı (1), Şəki (1) şəhər, rayon polis şöbələrində. DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 37 vakant vəzifənin komplektləşdirilməsi məqsədilə keçiriləcək müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, habelə tam orta təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, 3 il sürücülük təcrübəsinə malik, yaşı 21-dən aşağı, 26-dan yuxarı olmayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış, Bakı şəhəri və yuxarıda göstərilən rayonlarda qeydiyyatda olan və "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.
Məktəblərdə gender bərabərliyi dərsləri keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində gender bərabərliyinə həsr olunmuş dərslər təşkil edilir. “OLAYLAR”-a İdarədən bildirilib ki, dərslər YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzv olan ümumi təhsil müəssisələrində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilir. YUNESKO-nun “Dünyanın ən böyük dərsi” layihəsi çərçivəsində dərslərin təşkil olunmasında əsas məqsəd məktəblərdə gender problemini müzakirə etmək və şagirdlərdə gender məsələlərinə adekvat münasibət formalaşdırmaqdan ibarətdir.
60 saniyədə əmlak sahibi olmaq imkanı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yanvarın 16-da növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 7 qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən 7 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi Bakıda, 2 kiçik dövlət müəssisəsi isə respublikanın digər şəhərlərində yerləşir.








.jpg)





