Sosial

Anesteziya beyini şikəst edir!

16 Yanvar 2018 19:44

Avstraliyanın Kvinslend Universitetinin alimləri anesteziyanın insan beyninə təsirini araşdırmaq qərarına gəliblər. Tədqiqatlar zamanı müəyyən edilib ki, anesteziya preparatları təkcə insanı keyitmir, hüceyrələr arasında əlaqələri də pozur. Bu barədə russiantimes saytında məlumat yayılıb. Xəbərdə deyilir ki, son onilliklər ərzində aparılan tədqiqatlar nəticəsində anesteziya vasitələrinin beyinin ayrı-ayrı hissələrinin qarşılıqlı fəaliyyətini pozduğu güman olunur. O da ehtimal edilir ki, anesteziya zamanı yaddaşın itirilməsi və koqnitiv hallar baş verə bilər.

Dişləri ağappaq edən məcun

16 Yanvar 2018 19:05

Satılan bir çox diş məcunlarının tərkibində bir çox zərərli maddələr var.  Bu isə dişlərinizə və ümumi sağlamlığınıza zərər verir. Sizə evdə hazırlaya biləcəyiniz sağlıqlı diş məcunu reseptini veririk.

Arterial təzyiqin ölçülmə qaydası

16 Yanvar 2018 18:45

Elə adi proseslər var ki, həkim və ya tibb işçisi olmayanlar da onu yerinə yetirməli olur. Məsələn, təzyiqin və ya qanda şəkərin ölçülməsi. İlk baxışda kiməsə çox adi və sadə görünən həmin prosedur zamanı bir sıra qaydalar var ki, əslində onlara əməl etmək lazımdır. Ona görə daha tez-tez üzləşilən təzyiqin ölçülmə qaydası haqqında məlumat vermək üçün azərtac Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədovaya müraciət edib. O, bu barədə bildirib ki, Arterial təzyiqin ölçülməsi xüsusi cihaz-sfiqmomanometr və ya tonometrlə aparılır. Təzyiqi ölçməzdən 1saat qabaq kofe və tünd çay qəbul etmək, siqaret çəkmək olmaz, yeməkdən yarım saat keçməlidir:

Qarnı incəldən 10 sadə və asan hərəkət

16 Yanvar 2018 18:40

Qarındakı yağlardan xilas olmaq və daha incə bir qarına sahib olmaq hər bir qadının xəyalıdır. Biz sizə buna nail olmaq üçün hansısa idman zallarına getmədən, evdə edə biləcəyiniz asan hərəkətləri göstərmişik.

“Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konserti keçirilib

16 Yanvar 2018 18:18

Yanvarın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi Zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konsert proqramı təqdim edilib. “OLAYLAR” xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Bürcləri ağladan AĞLAGƏLMƏZ SƏBƏBLƏR

16 Yanvar 2018 17:47

Qadınlar çox emosional varlıqdır, hətta boş şeylərə görə gözlənilmədən ağlaya bilərlər. Ancaq, bu, o demək deyil onlar zəifdir. Bəzən qəlbimizdə yığılmış neqativi çıxarmaq üçün emosiyaları göstərmək lazımdır. Bu gün isə biz hər bürcü kədərləndirən səbəblərdən danışmışıq.

Pensiyaçılara ŞAD XƏBƏR: Bu axşamdan...

16 Yanvar 2018 17:41

"Artıq bu gündən respublikamızda yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanıb. Axşam saatlarında və ya sabah səhər saatlarında vəsait hesablara oturacaq və Bakı şəhəri üzrə pensiyaçılar pensiyalarını ala biləcəklər". Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Nəsimi rayonunda xatirə guşəsinin açılış mərasimi keçirilib

16 Yanvar 2018 17:26

Yanvarın 16-da Nəsimi rayonu H.Seyidzadə küçəsi 25 ünvanında 20 yanvar hadisələri zamanı həlak olmuş Qasımov Abbas Şəmməd oğlunun və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Əliyev Namiq Famil oğlunun yaşadıqları binanın həyətində onların xatirəsinə həsr edilmiş guşənin açılışı olub.

Qeyri-qanuni dini təbliğat aparan 142 nəfər inzibati məsuliyyətə cəlb olunub

16 Yanvar 2018 16:45

Paytaxtın Nizami, Yasamal, Qaradağ, respublikanın Gəncə, Şirvan, Quba, Xaçmaz, Tərtər şəhər və rayonlarında keçirilən belə tədbirlər zamanı dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Ətraf mühitə zərərin vurulmaması üçün qabaqlayıcı tədbirlər görülür

16 Yanvar 2018 16:30

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. “OLAYLAR” Gəmiçiliyə istinadən xəbər verir ki, əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

Kanada ilə dini sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

16 Yanvar 2018 16:28

Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Kanadanın Ankaradakı səfirliyinin birinci katibi Andrea Soner ilə görüşüb. “OLAYLAR”-a daxil olan məlumata görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qonağa ölkəmizdəki nümunəvi tolerantlıq mühiti, ayrı-ayrı dini konfessiya nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, dövlətin dinə qayğısı barədə danışıb. 28-i qeyri-müsəlman olmaqla 793 dini icmanın dövlət qeydiyyatından keçdiyini, dini icmalara cənab Prezidentimiz tərəfindən mütəmadi olaraq maliyyə yardımı ayrıldığını diqqətə çatdırıb.

Cərrahi əməliyyatların sayı 4 dəfə artıb - BAŞ HƏKİM

16 Yanvar 2018 16:25

İl ərzində Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına kritik vəziyyətdə olan 92 hamilə və zahıya dair 183 dəfə çağırış edilib. Bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalovun məlumat verib. Onun sözlərinə görə, onlardan 32-nin Bakıya və digər rayonlara köçürülüb, 24 nəfərinə isə telesəhiyyə vasitəsilə məsləhət verilib: “2017-ci ildə ölkəmizdə ilk dəfə təcili və təxirəsalınmaz tibbi xidmətdə telesəhiyyə texnologiyalarının tətbiqi ilə məsafədən videobağlantı vasitəsilə konsultasiyalar həyata keçirilib. Bu günədək 600-dən çox müraciətin telesəhiyyə texnologiyaları vasitəsilə cavablandırılıb, xəstələrə məsafədən vaxtında məsləhətlər verilib”.

Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçiriləcək

16 Yanvar 2018 16:05

Yanvarın 25-də Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbir ötən il təşkil olunmuş 2-ci Forumun nəticələrinə, görülmüş işlərə və qarşıya qoyulan yeni məqsədlərə həsr olunacaq.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib

16 Yanvar 2018 16:00

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi yaradılıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan və ingilis dillərində hazırlanan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) 8 əsas və 27 alt bölmədən ibarətdir.