Sosial

İlk diplomat İbrahim Əbilovun doğum günüdür

23 Fevral 2018 16:05

Fevralın 23- də   Azərbaycan Respublikasının ilk diplomatlarından biri olan İbrahim Əbilovun doğum günüdür. Ordubad şəhərində doğulan İbrahim Əbilov Məhəmməd Tağı Sidqinin Ordubaddakı "Əxtər" məktəbində oxumuş, atasının vəfatından sonra ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoymuşdur.

3 ədəd tut ağacını kəsdi - Sənədlər Baş Prokurorluqda

23 Fevral 2018 16:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Gəncə şəhəri ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

Yollardakı gizli "terrorçu"lar - Bildiyimiz və ya bilib əhəmiyyət vermədiyimiz təhlükələr

23 Fevral 2018 16:02

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı rəsmi məlumatları nəzərdən keçirərkən həmişə səbəb olaraq göstərilən sürücülərin, piyadaların intizamsızlığı olur. Lakin yolda qəzalara səbəb olan xeyli sayda başqa amillər də var, özü də kifayət qədər ciddi.

Fevralda Bakıda ən soyuq temperatur sonuncu dəfə 2012-ci ildə qeydə alınıb

23 Fevral 2018 15:56

Bakı şəhərində fevral ayı üçün ən soyuq temperatur 1954, 1969 və 2012-ci illərdə qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, 1954-cü ildə fevralda havanın orta aylıq temperaturu mənfi 0.7 dərəcə olub ki, bu da iqlim normasından 5.6 dərəcə azdır: "1954-cü ildə fevral ayında uzun müddət gündüz temperatur müsbət 6 dərəcədən yuxarı qalxmayıb.

Ziya Bünyadovun qətlinin 21 illik sirri

23 Fevral 2018 15:54

Bu günlərdə mərhum akademik Ziya Bünyadovun qətlə yetirilməsindən 21 il keçir. 1997-ci il, fevralın 21-də xüsusi sifariş əsasında qətlə yetirilən Ziya Bünyadovun qətlinin arxasında bir sıra xarici dairələrin durduğu hələ akademikin düşmən gülləsinə tuş gəldiyi ilk günlərdən söylənilir, müxtəlif versiyalar səslənirdi. Ziya Bünyadovun qətlinin sifarişinin Tehrandan, Moskvadan, hətta İrəvandan belə verildiyi səslənən versiyalar sırasında idi. Və əslində hər üç versiya da kifayət qədər əsaslı idi, desək yanılmarıq.

11 yaşlı erməni Rəşid Behbudovun mahnısını oxudu

23 Fevral 2018 15:51

Rusiyanın məşhur "Səs uşaq" mahnı yarışmasında Rəşid Behbudovun mahnısı səsləndirilib.   11 yaşlı erməni Erik Arakelyan SSRİ xalq artistinin "Ах, eta devuşka" əsərini səsləndirib.  Münsiflərən Valeri Meladze, Basta, Polina Qaqarina onun ifasını bəyənməyib. 

BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslaşmalar

23 Fevral 2018 15:46

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin magistratura səviyyəsinə yeni ixtisaslaşmlar əlavə edilib. Bunlar əqli mülkiyyət hüququ, tibbi hüquq, əmək və sosial təminat hüququ, inzbati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ, idman hüququ, turizm hüququ ixtisaslaşmalarıdır.

İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirildi

23 Fevral 2018 15:42

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanasındadır (MKX). Müsavat Partiyasının mətbuat xidmətindən  verilən məlumata görə İsa Qəmbər özünü yaxşı hiss edir və xəstəxanaya müayinəsini davam etdirmək üçün gedib.

Parlamentdə “quzu kababı" söhbəti

23 Fevral 2018 15:30

“Ölkədə mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışa çıxarıldığı və həmin məhsulların görüntüləri televiziyada yayımlanır.Televiziyada təhlükəli cəmdəkləri görən insanlar bundan qorxuya düşür, başqa ətləri də almaq istəmir”.

Ziyafət Əsgərovdan etiraz: "Bunu necə başa düşək”

23 Fevral 2018 15:27

“Bu anlaşılmazlıq həll edilməsə “Standartlaşdırma haqqında” qanunun layihəsinin tətbiqi şübhə altında olacaq”. “Olaylar”ın məlumatına görə, Milli Məclisdə “Standartlaşdırma haqqında” qanunun layihəsinin müzakirəsi zamanı parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. O qeyd edib ki, müzakirə edilən qanun layihəsində anlaşılmazlıq var: “Qanun 1.1.2-ci maddəsində əsas anlayış verilir.

Komitə sədri: “Azərbaycanda soyadların milliləşdirilməsi ilə bağlı məsələ aktualdır”

23 Fevral 2018 15:26

“Azərbaycanda soyadların milliləşdirilməsi ilə bağlı məsələ aktualdır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Milli Məclisdə vəkil söhbəti

23 Fevral 2018 15:25

Milli Məclisin fevralın 23-də keçirilən növbəti plenar iclasında millət vəkilləri müxtəlif məsəllərdən danışıblar. Əvvəlcə MM sədri Oqtay Əsədov Ağsaqallar Şurasının sədri, deputat Fəttah Heydərovu yubileyi münasibətilə parlament adından təbrik edib: “Cənab prezident Fəttah müəllimi "İstiqlal" ordeni ilə təltif etdi. Bununla da, onun əmək fəaliyyətinə ən yüksək səviyyədə qiymət verildi”.

Deputat bahalaşmaya etiraz etdi

23 Fevral 2018 15:20

“Qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur”. “Olaylar”-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin b keçirilən iclasında deyib. F.Quliyev bildirib ki, bayramqabağı bahalaşma nəzarətə götürülməlidir: “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur.

Hava meteohəssas insanlar üçün əlverişli olacaq

23 Fevral 2018 15:18

Ölkə ərazisində fevralın 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Özbəkistanda Beynəlxalq  Ana dili günü ilə bağlı keçirilən tədbirdə  Azərbaycan təmsil olunub

23 Fevral 2018 15:13

Banqladeşin Özbəkistandakı səfirliyi və YUNESKO-nun Özbəkistan təmsilçiliyinin təşkilatçılığı ilə “Beynəlxalq  Ana dili günü”nə həsr olunmuş  və Daşkənddə keçirilən beynəlxalq tədbirə Özbəkistandakı bütün xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri qoşulmuşdular.