Sosial

Azərbaycanda demokratik media ənənələri uğurla inkişaf edir

12 Mart 2018 13:09

Azərbaycanda kütləvi informasiya vasitələri, medianın inkişafı hər zaman dövlətin əsas diqqət mərkəzində olub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət günümüzdə də uğurla davam etdirilir.

Azərbaycanda dəhşət: Dayım 8 il mənə təcavüz etdi - VİDEO

12 Mart 2018 13:07

Dayı bacısı qızına 8 il təcavüz etdi. Space TV-də 14 yaşlı Jalə (ad şərtidir - red.) haqqında reportaj hazırlanıb. 8 ildir doğma dayısının təcavüzünə məruz qalan Jalənin acı həyat hekayəsi o, 3 yaşındaykən başlayıb.

Yağış təəssüratları və alqışlar...

12 Mart 2018 13:01

Yağış hər fəsildə gözəldir. Səhərə kimi yağış yağıb. Mən damcıların pəncərəyə necə dəydiyini yuxunun arasından eşidirəm. Səhər oyanan kimi pəncərənin qarşısına gəlib şəhərə baxıram. Şəhər tam oyanmayıb. İstirahət günüdür axı...

Bakıya yağış, rayonlara qar yağacaq

12 Mart 2018 12:52

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Alpinistlərin axtarışı ilə bağlı son vəziyyət açıqlandı

12 Mart 2018 12:49

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Küləkli havada dənizdə köməksiz qalmış iki nəfər xilas edilib

12 Mart 2018 12:14

Bu il martın 9-da Astara reydində “ŞA-284” bort nömrəli “Yamaha-85” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən DSX Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə mühərrikdə yaranmış nasazlıq səbəbindən xilas edilmələri barədə müraciət edilib.

Qalib komandalar mükafatlandırılıb

12 Mart 2018 12:13

Məktəblilərdən ibarət  komandalar arasında stolüstü tennis üzrə yarış keçirilib.  “OLAYLAR” xəbər verir ki, yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 238 nömrəli tam orta məktəbdə təşkil olunub.

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ

12 Mart 2018 11:57

Yol polisi qeyri-sabit və yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücüləri diqqətli olmağa çağırıb: “Sürücülərə müraciət edirik ki, yolların sürüşmə ehtimalının olmasını nəzərə alaraq minimum sürətlə hərəkət etsinlər, qoyulmuş yol nişanlarına diqqət yetirsinlər, nizamlanan yolayrıclarında diqqətli olsunlar, keçmə növbəliliyini təmin etsinlər”.

Bayıl sürüşmə sahəsində vəziyyət açıqlanıb

12 Mart 2018 11:55

Bayıl sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib ki, sürüşmə sahəsində ciddi aktivlik müşahidə olunmur.

Buraxılış imtahanı təyin edildi – 18 mart

12 Mart 2018 11:49

Martın 18-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarının, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi baş tutacaq.

Nazir Naftalanda vətəndaşlarla görüşəcək

12 Mart 2018 11:41

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 15-də saat 11.00-da Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

Azərbaycanın beynəlxalq təşkilatlarından birləşmə qərarı

12 Mart 2018 11:38

Mərkəzi İsveçin Malmö şəhərində yerləşən , tanınmış ictimai xadim, keçmiş DAK sədri Cavad Deraxtinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatı və mərkəzi Almaniyanın Köln şəhərində yerləşən  Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri,  Rəşad Quliyevin arasında görüş keçirilib.

Ceyhun Musaoğludan mərhum jurnalistlərin ailələrinə dəstək təklifi

12 Mart 2018 11:36

"Biz sağıq, amma onlar dünyalarını dəyişiblər. Mətbuatın inkişafında, cəmiyyətin dolğun və operativ informasiya ilə təminatında mərhum jurnalistlərimizin rolu danılmazdır. Dünyasını dəyişən həmkarlarımızın hər biri sağlığında tanınmış imza olublar. Biz dirilərin borcu onların ailələrinə qayğı göstərməkdir. Təəssüf ki, sağ jurnalistlər mərhum jurnalistlərdən mənəvi mənada aralı düşüblər".

Azərbaycanda nə qədər KİV var? - Rəsmi STATİSTİKA

12 Mart 2018 11:34

2017-ci il ərzində Azərbaycanda 72 mətbu nəşr uçota götürülüb. Bu barədə Nazirlər Kabinetinin 2017-ci il hesabatında bildirilib. Hesabatda vurğulanıb ki, respublikada qeydiyyata alınan kütləvi informasiya vasitələrinin sayı 5194-ə çatıb.

Səhiyyə Nazirliyindən məktəblilərin abort etdirməsi ilə bağlı məlumatlara RƏSMİ MÜNASİBƏT

12 Mart 2018 11:26

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.