Sosial
Sənaye parkları bölgələrin inkişafında əhəmiyyətli rol oynayır
Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları bir sıra yeniliklərlə müşahidə olunmaqdadır. Belə yeniliklərdən biri də bölgələrdə Sənaye Parklarının yaradılmasıdır ki, artıq bu istiqamətdə xeyli iş görülüb. Daha doğrusu respublikanın bir sıra şəhər və raonlarında sənaye parkları yaradılıb ki, bu da ölkə iqtisadiyyatının inkişafında müstəsna əhəmiyyətə malikdir.
MTRŞ: "Özlərinə ekstrasens deyən şəxslər efirdə tamaşaçıya hörmətsizlik edir"
"Müzakirə verilişlərində, tok-şoularda ciddi, ictimai əhəmiyyət kəsb edən mövzuların müzakirəsi zəruridir və buna tamaşaçının ehtiyacı var. Kim deyirsə, belə mövzular tamaşaçı üçün maraqlı deyil, səhv edir".
Magistratura və rezidentura səviyyələrində təhsil haqları müəyyənləşib
“Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” yeni redaksiyada təsdiq edilib. Məlumata görə, Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
“Gedib cavabını versinlər...” – MTRŞ-dan Mirşahinin qalmaqallı şərhinə REAKSİYA
“Onun “Facebook”da və ya başqa yerdə dediklərinin bizə nə dəxli var?” Bu fikirləri açıqlamasında Milli Teleradio Şurası (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Real” TV-nin baş direktoru Mirşahin Ağayevin sosial şəbəkədə paylaşdığı və birmənalı qarşılanmayan şərhinə münasibət bildirərkən deyib.
Vəfat edən 25 yaşlı polis müstəntiqinin toy dəvətnamələri paylanıb – ÖZƏL
Bədbxət hadisə nəticəsində dünyasını dəyişən polis müstəntiqinin Novruz bayramından sonra toyu olacağı gözlənilirdi. Martın 10-da bədbəxt hadisə nəticəsində dünyasını dəyişən polis müstəntiqi Mirzəli Cavid Ədalət oğlu haqqında yeni məlumatlar əldə olunub. Məlumata görə, 25 yaşlı Cavid Mirzəli nişanlı olub. Onun Novruz bayramından sonra toy mərasiminin olacağı gözlənilirdi. Mərhumun yaxınlarının verdiyi məlumata görə, mərhumun toy mərasimi üçün uzaq qohumlara dəvətnamələr də paylanılıb.
"Biri səksən manata satılan alça zəhərlidir" — Eyyub Hüseynovdan HƏYƏCAN TƏBİLİ
"Mövsümdən sui istifadə olunub baha qiymətə satılan meyvələr-xüsusən alça yetərincə təhlükəlidir. Alçanın dənəsinin səksən manata satıldığını da görmüşük. Ancaq əminliklə deyə bilərəm ki, əhali belə malları almaqdan kənar olmalıdır".
“Gəlib məni qucaqlayıb öpdü” – Lətifə etiraf etdi – VİDEO
Özəl klinikaların xəstə yığma fırıldağı- ARAŞDIRMA
Azərbaycan səhiyyəsinin kifayət qədər inkişaf etməsinə baxmayaraq hələ də pasiyentlərin müayinəsi və müalicəsi prosesində problemlər yaşanmaqdadır. Əslində ölkədə yeni-yeni səhiyyə ocaqlarının açıldığı bir məqamda, ən müasir tibbi avadanlıqlarla təmin olunan, yüksək ixtisaslı kadrlara malik klinikalarda hansısa çatışmazlığın yaşanması heç cür başa düşülən deyil.
ÜST-dan SOS! Yeni qlobal epidemiya yarana bilər - Adı "X xəstəliyi"
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni qlobal epidemiyanın yüksək ehtimalı barədə xəbərdarlıq edib. Məlumata görə, hazırda alimlər və mütəxəssislər xəstəliyin yayılmasına səbəb ola biləcək patogenlərin tədqiqatını aparır. Alimlərin fikrincə, bu, bəşəriyyətə məlum olan viruslardan yaranan xəstəliklər və ya indiyə qədər məlum olmayan xəstəlik ola bilər. “İks xəstəliyi” adı verilən xəstəliyə məlum virusların daim mutasiya etməsi, heyvanlardan insana keçə bilən infeksiya, eləcə də laboratoriya şəraitində yaradılmış süni virusların oğurlanması səbəb ola bilər.
Uğurlu sosial siyasət əhalinin rifah halının yüksəlməsinə xidmət edir
Son onilliklərdə dünya ölkələrində iqtisadi böhran yaşandığı bir məqamda Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət nəticəsində dayanıqlı iqtisadi inkifaf təmin edilib. Etiraf edilməlidir ki, həyata keçirilən iqtisadi islahatlar Azərbaycanda çoxsaylı sosial layihələrin reallaşmasına imkan yaradıb. Bu isə öz növbəsində əhalinini rifah halının daha da yüksəlməsinə səbəb olub.
MTRŞ: “Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq
“Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq. Bu barədə Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib. “Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq.
"Nübar", Masazır, "Zəli gölü" və Zığ sürüşmə sahələrində yenə AKTİVLİK var
Son günlər ərzində yağan yağışlar Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində sürüşmə prosesinin aktivləşməsinə səbəb olmayıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Mikayıl Cabbarov Fazil Məmmədovun işdən azad etdiyi şəxsə vəzifə verib
Vergilər Nazirliyində yeni təyinat olub. Nazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib. O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib.
Azərbaycanda ana ölümlərinə görə 50-dən çox həkim və orta tibb işçisi cəzalandırılıb
Ötən il baş verən ana ölümlərinə görə Azərbaycanda 50-dən çox həkim və orta tibb işçisi – tibb bacıları, akuşerlər və s. cəzalandırılıb. Bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib. 2017-ci il ərzində Azərbaycanda 21, bu il isə 3 ana ölümünün baş verdiyini xatırladan S.Məmmədova qeyd edib ki, ötən ilki ana ölümləri zamanı bir necə halda həkim səhvi olub.














