Sosial
Kimlər məcburi DNT analizindən keçiriləcək?
Ölkə parlamenti müasir dövr üçün vacib olan daha bir qanunun qəbulunu reallaşdırmaq üzrədir. Belə ki, Milli Məclis "Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun layihəsi ilk oxunuşda qəbil edib. Xatırladaq ki, sözügedən qanunun iyulun 1-dən tətbiq olunması nəzərdə tutulur.
Peşə təhsilinə yeni yanaşma nə vəd edir?
Uzun müddətdən bəri haqqında söhbət gedən "Peşə təhsili haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Məlumat üçün qeyd edək ki, sözügedən qanun layihəsində peşə təhsilinə yeni yanaşma ortaya qoyulub. Maraqlıdır, yeni qanun layihəsi ilə tənzimlənəcək peşə təhsili müasir bazarın tələbatına cavab verəcəkmi? Başqa sözlə, hazırlanacaq kadrlar məşğulluq probleminin həllində nə dərəcədə rol oynaya biləcəklər?
Şərəf və ləyaqətin təhqiri cinayət əməlidir
Bəzi üzdəniraq “soydaşlarımız” sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edərək Azərbaycanın dövlət atributlarını, Azərbaycan xalqını təhqir etməkdə davam edirlər. Vəziyyət o həddə çatıb ki, təhqir və söyüşlər açıq-aşkar ünvanlı şəkildə səsləndirilir. “Söyüş layihəsi” düşünülmüş şəkildə ortaya atıldığından və sözügedən prosesin arxasında məqsədli dairələrin dayandığından bu prosesi humanizm yanaşma ilə aradan qaldırmaq qeyri-mümkündür.
Seçkilərlə bağlı polis gücləndirilmiş iş rejimində çalışacaq
Aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar olaraq, aprelin 10-dan 14-nə kimi daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçəcək.
Aprel döyüşlərində şəhid olmuş əsgərin atası: “İcra başçısı yas üçün verilən pulu əlimdən alıb”
Aprel döyüşlərində şəhid olan Nurlan Abdullayevin atası Zərdab Rayon İcra hakimiyyətinin oğluna qarşı etdiyi hörməsizliyə etiraz edir. Şəhid atası Rasim Abdullayev bildirib ki, rayonun İcra hakimi Lütvəli Babayev şəhidin dəfni üçün ayrılmış pulu mənimsəyib, üstəlik bütün rayon idarələrindən şəhidin baş daşı üçün vəsait toplayıb: “Oğlum Nurlan məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid olub.
Qazaxda ağır yol qəzası baş verib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində ”Mercedes” markalı sərnişin avtobusu və ”Mercedes” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Aclıq aksiyası keçirən modelyerin məhkəməsi bitdi
Sahibkar, modelyer Leyla Əhmədova icarəyə götürdüyü moda evinin sahibləri ilə uzun müddətdir davam edən məhkəmə çəkişməsində qismən qalib gəlib. Bu barədə modelyerin özü məlumat verib.
Paytaxtda elektrik enerjisinin verilişində fasilələr minimuma endirilib
Bakı şəhərinin 2017-ci il üzrə elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı barədə hesabat hazırlanıb. Bu barədə Energetika Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hesabata əsasən ötən il əvvəlki illərlə müqayisədə Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı üzrə yüksək göstəricilərə nail olunub. Belə ki, Bakı şəhəri üzrə 2017-ci il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,87 saat təşkil edib. Orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,98 dəfə olub.
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Türkiyənin ədliyyə naziri Abdulhamit Gülün görüşü keçirilib.Nazirlikdən verilən məlumata görə, görüşdə ədliyyə naziri Fikrət Məmmədov ölkəmizin ədliyyə tarixinə toxunaraq nazirliyin bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmasından və fəaliyyətindən bəhs edib, son illər ölkəmizdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlardan və yeniliklərdən danışıb, həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin yaxından iştirakını, ötən il Türkiyə Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin qardaş ölkədə yarım aylıq təcrübə keçdiyini xüsusilə vurğulayıb.
Odlar Yurdu Universiteti Beynəlxalq təhsil sərgisində təmsil olundu
Odlar Yurdu Universiteti dünyanın 14 ölkəsindən 160-a yaxın universiteti özündə birləşdirən KÜNİB-in (Qafqaz Universitetləri Birliyi) Bakıda keçirdiyi Beynəlxalq təhsil sərgisində təmsil olunmuşdur.
Sabahın hava proqnozu açıqlandı
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
DİQQƏT! Sosial şəbəkələrdə söyüş söyənlər cəzalanacaq - VİDEO
ARB TV-nin "Günə doğru" verilişində sosial şəbəkələrdə təhqir edən şəxslər barədə maraqlı sujet yayımlanıb. Gündəlik həyatımızın bir hissəsini təşkil edən sosial şəbəkələrdən bir çox məqsədlər üçün istifadə edilir. Amma son vaxtlar istər fərdi paylaşımlara, istərsə də qrup və ya toplum səyifələrdə paylaşımlara söyüş və təhqiramiz fikirlər, şərhlər yazılır.
Abid Şərifov: "Bayılda sürüşmə zonasındakı 97 ev söküləcək, abadlaşdırma işləri görüləcək"
Bayılda sürüşmə zonasındakı 97 evdə məskunlaşan ailələr köçürülüb. Məlumata görə, bunu Baş nazirin müavini Abid Şərifov deyib. A.Şərifov qeyd edib ki, həmin ərazidəki 97 evdən 6-sı artıq tamamilə dağılıb: "Bu 6 ev biz ailələri oradan köçürəndən iki gün sonra uçulub. O evlərdə 32 nəfər yaşayırdı. Əgər ailələri vaxtında köçürməsəydik, ağır bir hadisənin şahidi olacaqdıq. Hazırda qalan evlər də çox qəzalı vəziyyətdədir. Çalışırıq ki, birinci mərhələdə 97 ailəyə birdəfəlik kompensasiya verək".














