Sosial
Soyuğa qarşı allergiya
Bir çox insanlar qışı, soyuq havanı, qarı xoşlayır. Lakin digərlərinə soyuq hava heç bir sevinc gətirmir. Söhbət soyuğa qarşı allergiyası olan insanlardan gedir. Bu insanların bir çox hissəsi öz vəziyyətlərində olan dəyişiklikləri allergiya ilə əlaqələndirmir və bu dəyişiklikləri digər pozulmalarla izah edir. Nəticədə onlar uzun müddət ərzində həkimləri "gəzir", lazım olmayan müalicələr alırlar.
Meyvə və tərəvəzlər psixi sağlamlıq üçün ən faydalı məhsullardır
Yeni Zelandiyada Otaqo Universitetinin mütəxəssisləri meyvə və tərəvəzlərin psixi sağlamlıq üçün ən faydalı məhsullar olduğunu söyləyiblər. Rusiya mətbuatı yazır ki, bu sahədə araşdırma aparan Tamlin Konnerin verdiyi məlumata görə, təzə meyvə və tərəvəzlərin istifadəsi termiki emala və ya konservasiyaya məruz qalanlarla müqayisədə psixi sağlamlığın yaxşılaşmasına daha faydalı təsir göstərir. Bunun qida maddələrinin emalının onun tərkibində olan vitaminləri parçalanması ilə əlaqədar olduğu güman edilir.
XƏBƏRDARLIQ: Enerji içkilərin təhlükəsi...
Hal hazırda bütün dükanlarda "enerji içkiləri" almaq olur. Bu içkilərin reklamında xüsusi olaraq vurğulanır ki, onlar insana əlavə enerji verir, yorğunluğu yox edir, "qanadlandırır" və s. Bu içkilər son zamanlar bütün dünyada cavanların dəbli "aksessuarına" çevrildi. Cavanların çox hissəsi bu içkilərdən süi-istifadə edir (hər gün bir neçə banka qəbul edirlər). Lakin onlar bu içkilərin nə dərəcədə təhlükəli olduğundan xəbardar deyillər.
Köhnə kitablardakı toz hissəcikləri allergenlər yaradır?
Kitablar arasında gün keçirmək çoxlarının sevimli məşğuliyyətidir, hətta köhnə kitabları vərəqləməklə nostalji hisslər yaşayanlar da var. Öz peşələri ilə əlaqədar saatlarla köhnə kitablar və sənədlər arasında axtarış aparanlar, onları vərəqləyənlər də çoxdur. Kitab tozu ən geniş yayılan allergenlərdən biri hesab edilir.
“Zəngəzur” sənədli filmi sosial şəbəkələrdə də paylaşıldı
“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi “Zəngəzur” sənədli filmini sosial şəbəkələrdə paylaşaraq, ictimaiyyətə təqdim edib.
“Başlıbel faciəsi” haqqında məqalə - “Vikipediya”da
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri Kəlbəcər rayonunda ermənilər tərəfindən törədilmiş “Başlıbel faciəsi” haqqında məqalə yaradıblar. Məqalə ilə daha ətraflı https://az.wikipedia.org/wiki/Ba%C5%9Fl%C4%B1bel_faci%C9%99si linkində tanış olmaq mümkündür.
Moskvada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Moskva Dövlət Linqvistik Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda bölmə iclası keçirilib.
AZINNEX Əfqanıstan İslam Respublikasının nümayəndə heyəti ilə görüşüb
Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müşaviri Camal Aryubi və “ASAN Khedmat” mərkəzinin direktoru Məhəmməd Naim Çamkanainin təmsil etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvləri ilə görüşü keçirilib. Görüşdə AZINNEX barədə ümumi məlumatla yanaşı, iştirak edən üzv şirkətlərin innovativ məhsul və xidmətləri barədə təqdimatlar edilib. Həmçinin Konsorsium üzvlərinin Əfqanıstan bazarında tətbiq edilə biləcək innovasiyaları və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Səfir və italiyalı tədqiqatçılar qrupu MEK-i ziyarət etdilər
İtaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Auqusto Massari və İtaliya Milli Tədqiqatlar Şurasının Azərbaycanda səfərdə olan üzvləri - “Kinetics Technology” şirkətinin innovasiya strategiyası üzrə vitse-prezidenti Qaetano İaquaniello və Roma Tor Verqata Universitetinin professoru Massimiliano Barlettanın başçılığı altında bir qrup nümayəndə “Kimyanın davamlı inkişafda rolu” adlı beynəlxalq seminar proqramı çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər.
Azərbaycanda Tibbi-genetik laboratoriyanın yaradılması təklif edilir
“Qan xəstəliklərinin erkən müayinə və müalicəsini təmin etmək üçün Azərbaycanda DNK səviyyəsində müayinələrin aparılması məqsədi ilə Tibbi-genetik laboratoriyanın yaradılmasına ehtiyac var”. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.
Nazir: “Hərbi əməliyyatlar zamanı həlak olan 8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək”
Prezident İlham ƏliyevAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Şura məlumatlandırma sessiyası keçirdi
Aprelin 19-u Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1-ci maliyyə müsaqibəsi çərçivəsində qalib gələn təşkilatların maarifləndirmə sessiyası keçirilib.
Ötən il Azərbaycan vətəndaşı olan 53 məhkum xarici dövlətlərdən təhvil alınıb
Məhkumların bir qismi təhvil verilmələrinə köməklik göstərilməsi ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) müraciət edib. Ombudsmanın 2017-ci il üzrə illik hesabatında bildirilib ki, bu müraciətlər əsasında aidiyyəti qurumlara sorğular verilib və müvafiq araşdırmalar aparılıb.
Ombudsman: "Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil"
“Mənzil bazarındakı qiymətlər ehtiyacı olan şəxslərin böyük ehtiyacının, xüsusilə aztəminatlı ailələrin imkanlarına uyğun deyil”. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkklilinin (Ombudsman) Elmira Süleymanovanın 2017-ci il üzrə illik hesabatında bildirilib.














