Sosial
Bakıda 2 ayda 2657 cinayət qeydə alınıb
Bu ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 2.657 (2017-ci ilin müvafiq dövründə 2.865) cinayət qeydə alınıb. Onların da 89,3%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 10,7%-i isə ağır və xüsusilə ağır növlər olub.Bu barədə bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Bakı metrosundakı İNTİHARLA bağlı YENİ FAKTLAR
Dünən Bakı metropolitenində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb. Nəsimi rayonu ərazisində - metronun “28 May” stansiyasında sərnişinlərin gözü qarşısında özünü qatarın altına ataraq intihar edən Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızı ailəli olub. O, 2 uşaq anası imiş.
“Müflisləşmə və iflas haqqında" qanun dəyişdirilir
“Müflisləşmə və iflas haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin iqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin aprelin 23-də keçirilən iclasında müzakirə olunub.
Videolardan pul qazana biləcəksiniz - "Facebook"dan yenilik
Əkin sahələrinə Mərakeş çəyirtkələri yayılıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyanda monitorinq keçirib. Monitorinqlər zamanı 1600 hektar sahədə Mərakeş çəyirtkələrinin daha çox yayıldığı müəyyənləşdirilib.
“Azərbaycan dili” fənnindən imtahanın nəticələri açıqlandı
Dövlət proqramları bütün sahələrdə inkişafa səbəb olub
Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramlarının icra edildiyi 14 il ərzində Azərbaycanda bütün sahələrdə sürətli inkişaf, yenidənqurma və quruculuq-abadlıq işləri həyata keçirilib. Bu illər ərzində görülən işlər belə deməyə əsas verir.
Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.
Deputat: “Qoyun otaranın vaxtı varmı ki, hesabatla məşğul olsun?”
"Bir cümlədə ki, üç yerdə nəzarət sözü keçirsə, demək bunun axırı yaxşı qutarmayacaq. Mən üzr istəyirəm, 500 kiloqram pomidoru yığanın, qoyunu otaranın vaxtı varmı ki, hesabatlarla məşğul olsun? Sertifikat, imtahan deyən kimi müəyyən problemlər ortaya çıxır. Mən xahiş edirəm ki, sözümdən inciməyin.
Azərbaycan-Gürcüstan sərhəddində yeni körpü inşa olunur
Bakıda universitetdə kütləvi zəhərlənmə
Xəzər Universitetinin nəzdində yaradılmış, “Dünya” məktəbi təlim-tərbiyə müəssisəsində kütləvi zəhərlənmə baş verib. Zəhərlənmə “Dünya” məktəbinin şagirdləri arasında baş verib. Belə ki, ötən həftəsonu məktəbin bufetində yemək yeyən uşaqlar sonradan özlərini piss hiss etməyə başlayıblar. Zəhərlənən şagirdlər valideynlərinin köməkliyi ilə Bakıda xəstəxanalara yerləşdirilib və onların mədə-bağırsaqları yuyulub.
Yuxu haqqında bunları bilməlisiniz
Yuxu, beyin fəaliyyət normasının minimal səviyyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Yuxular haqqında bir sıra maraqlı məlumatlar var: Oyandıqdan sonrakı 5 dəqiqə ərzində gecə gördüyümüz yuxuların 50 %-ini, 10 dəqiqə ərzində isə 90%-ini unuduruq.
Bakcell biznes qurmaq istəyən gənclərin xəyallarını gerçəkləşdirir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb. Bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib.
Sosial şəbəkə istifadəçiləri məsuliyyətlərini dərk etməlidirlər
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycanda sosial şəbəkələrin qanunla tənzimlənməsini təklif edir. Onun bu təklifi Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2017-ci il üzrə illik məruzəsində də öz əksini tapıb. Lakin cəmiyyətdə Ombudsmanın təklifinə münasibət birmənalı deyil.








.jpg)





