Sosial

Müslümovun qohumları işdən çıxarıldı - Nazirlik

26 İyun 2018 16:54

Keçmiş nazirin 3 qohumu işdən çıxarılmayıb, adları çəkilən şəxslər öz ərizələri ilə işdən çıxıblar. Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı nazir Sahil Babayevin sabiq nazir Səlim Müslümovun uzun illərdir nazirlikdə işləyən bir neçə qohumunu işdən çıxarması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Bir neçə manata başa gələn əbədi cavanlıq iksiri - Pendir suyunun AĞLAGƏLMƏZ FAYDALARI

26 İyun 2018 16:44

Çoxları südün faydalı xassələrini yüksək qiymətləndirmir və çox nahaq yerə. Çünki onun tərkibinə insan üçün əvəzolunmaz komponentlər daxildir: Laktoza, zülallar, A, C, E, B vitaminlər qrupu, faydalı turşular, maqnezium və kalsium. Zəngin tərkibi sayəsində süd zərdabı kosmetika və sağlamlıq məqsədi ilə geniş istifadə olunur.  Süd zərdabını (pendir suyu) ev şəraitində də hazırlamaq və onun faydalarından bəhrələnmək mümkündür.

Bakıda müəllimlər ayağa qalxdı: 50 minə yaxın pulları Finlandiya yolunda batdı -ŞİKAYƏT  

26 İyun 2018 12:45

Saytımıza Bakıda 39 müəllimin aldadılaraq Finlandiyaya səfər etmək adıyla böyük məbləğdə pullarının əlindən alındığı haqda şikayət daxil olub. Bu barədə danışan orta məktəb müəllimi Vəfa Bədirova onları aldadan “Proloq İnkişaf Mərkəzi”nin təşkil etdiyi səfərin səfirlik tərəfindən rədd edildiyini və bunun birbaşa mərkəzin düzgün olmayan fəaliyyəti ilə bağlı olduğunu danışdı.

Keçmiş rəhbərə yeni vəzifə verildi- FOTO

26 İyun 2018 12:08

Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin keçmiş rəhbəri Elşad Mirələm yeni vəzifəyə təyin edilib. Tanınmış jurnalist CBC telekanalının Azərbaycan redaksiyasının baş redaktoru vəzifəsinə gətirilib.

Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 3,5 faiz artıb

26 İyun 2018 11:55

Yanvar-aprel aylarında iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 538,8 manata çatıb. Dövlət Statistika Komitəsindən bildiriblər ki, əməkhaqqı neft sektorunda 3226,8 manat, qeyri-neft sektorunda 477,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 416,7 manat, özəl müəssisələrdə isə 706,1 manat olub.

Xızıda qadın özünü avtobusdan ataraq intihar etdi

26 İyun 2018 09:59

Xızı rayonunda orta yaşlı qadın özünü sərnişin avtobusundan ataraq intihar edib. Təqribən 40-45 yaşlarında olan qadın özünü hərəkətdə olan avtobusdan atıb. Qadın aldığı xəsarətlərdən vəfat edib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Qanunsuz balıq ovu edən şəxs saxlanılıb

26 İyun 2018 09:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qoruq rejiminə əməl olunması vəziyyətini araşdırmaq   məqsədilə Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib. Reyd zamanı Neftçala rayon sakini İlham Rüstəmov qoruq ərazisində balıq ovu edərkən saxlanılıb və ondan 7 ədəd çəki balığı, 2 ədəd axçalı balıq toru götürülüb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və  balıq ehtiyatlarına vurulan ziyana görə 462 manat məbləğində iddia qaldırılıb.

39 iş üzrə 29550 manat məbləğində tətbiq edildi

26 İyun 2018 09:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.  Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 230 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 müddətli “məcburi göstəriş” verilib.

Seyidağa Mövsümlü vəfat edib

26 İyun 2018 07:44