Müslümovun qohumları işdən çıxarıldı - Nazirlik

Keçmiş nazirin 3 qohumu işdən çıxarılmayıb, adları çəkilən şəxslər öz ərizələri ilə işdən çıxıblar. Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı nazir Sahil Babayevin sabiq nazir Səlim Müslümovun uzun illərdir nazirlikdə işləyən bir neçə qohumunu işdən çıxarması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Keçmiş nazirin 3 qohumu işdən çıxarılmayıb, adları çəkilən şəxslər öz ərizələri ilə işdən çıxıblar.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı nazir Sahil Babayevin sabiq nazir Səlim Müslümovun uzun illərdir nazirlikdə işləyən bir neçə qohumunu işdən çıxarması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

F.Talıblı bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov öz ərizəsi ilə vəzifəsindən istefa verdikdən sonra onun vəzifəsini icra etmək İlham Hüseynova həvalə edilib:

"DSMF-nin Nəsimi şöbəsinin müdiri vəzifəsini hazırda İlham Hüseynov icra edir. Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadənin yerinə isə Elman Cəfərov təyin olunub".

Qeyd edək ki, Mia.az saytının məlumatına görə, nazir Sahil Babayevin əmri ilə nazirin müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov və Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə tutduqları vəzifələrdən azad ediliblər. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31