Sosial

Yavər Camalovun yerinə millət vəkili nazir ola bilər

29 İyun 2018 10:39

İyunun 23-də vəfat edən Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Yavər Camalovun yerinə yaxın günlərdə təyinat olacaq. Bununla bağlı möhtəbər mənbələrdən daxil olan məlumata görə, bu şəxsində hazırkı millət vəkillərindən biri olacağı istisna edilmir. Məlumata görə, Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri postuna adları hallanan millət vəkillər parlamentin üç komitəsinin üzvülərdirlrə.bu komitlər İctimai birliklər və dini qurumlar komitəsi, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsidir.

Gültəkin Hacıbəyliyə AŞPA-ya giriş qadağası qoyulub -  xanım qurumu hədələdi

29 İyun 2018 10:40

AŞPA keçmişdə iqtidarın, indi isə müxalifətin "qırğı"sı olan Gültəkin Hacıbəyliyə ağır cəza kəsib. Musavat.com xəbər verir ki, bu füsünkar müxalifətçiyə ömürlük AŞPA binasına daxil olmaq qadağan edilib. Bu heyrətamiz qərar barədə meydan.tv saytındakı yazıda aşağıdakılar qeyd olunub: Sabiq deputat, Milli Məclisin AŞPA nümayəndə heyətinin sədrinin keçmiş müavini Gültəkin Hacıbəyli AŞPA-dan iyunun 28-də məktub alıb.

Abutalıbovun batırdığı Bakının baş planı

29 İyun 2018 10:37

Müvafiq qurumlar illərdir bildirirlər ki, Bakının baş planı hazırdır, amma indi məlum olur ki... Prezident İlham Əliyev Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4  milyon manat ayrılıb.

Azərbaycan-Türkiyə ortaq layihəsində GÖZLƏNİLMƏZ YENİLİK

29 İyun 2018 10:21

Azərbaycanla Türkiyənin təməlini qoyduğu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsində yeniliyə imza atılacaq. TANAP xətti ilə Azərbaycan qazı ilə yanaşı, Türkmənistan, İraq və Şərqi Aralıq Dənizi bölgələrinin də qazı Türkiyədən keçərək Avropaya daşınacaq.

Bürclər – 29 iyun

29 İyun 2018 09:39

Bakıda ərəb turist kanalizasiya quyusuna düşdü - VİDEO ​​​​​​​

29 İyun 2018 09:22

Bakının Nizami küçəsində maraqlı hadisə yaşanıb.  Hadisə Bakıya səyahət edən ərəb əsilli turistin başına gəlib.

Əməkdar elm xadimi şəxsi kitabxanasını universitetə hədiyyə etdi

29 İyun 2018 08:19

Azərbaycan Dillər Universitetində Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və rus dilinin tədqiqi sahəsində xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Əməkdar elm xadimi" fəxri adına layiq görülən, Bakı Slavyan Universitetinin professoru Lidiya Mixaylovna Qranovskaya ilə görüş keçirilib. Görüşdə L.M.Qranovskaya şəxsi kitabxanasına məxsus olan 10 cildlik “История XIX века” və 65 cildlik “Большая Советская Энциклопедия: История до Камбиформ” və digər yüzlərlə dəyərli kitablardan ibarət şəxsi kitabxanasını ADU kitabxanasına hədiyyə edib.

Məişət tullantılarını yandıran şəxsə 500 manat CƏRİMƏ

29 İyun 2018 08:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı Goranboy rayonu Qaradağlı kəndi ərazisində məişət tullantılarının qalaqlanaraq yandırıldığı,  ətrafa tüstü və iy-qoxunun yayıldığı aşkar edilib. Araşdırma zamanı tullantıları Goranboy rayon sakini Baris Mövlayev tərəfindən yandırıldığı məlum olub.

Nazirlikdən növbəti aksiya 

29 İyun 2018 08:07

Polietilen torbalardan və plastik butulkalardan istifadənin azaldılması istiqamətində aparılan maarifləndirici layihələr çərçivəsində   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə növbəti aksiya keçirilib. Olaylar.az bildirir ki, “Yaşıl fikirlə sağlam gələcəyə!” devizi altında bir neçə marketdə keçirilən aksiyada alıcılara eko çantalar paylanılıb.