Sosial

“Veysəloğlu”nun dəstəyi ilə şəhid və müharibə əlillərinin övladları üçün ödənişsiz kurslar başladı

30 Noyabr 2018 14:23

“Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verib. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, şirkət Qarabağ müharibəsində və aprel döyüşlərində şəhid olan, həmçinin əlillik dərəcəsi alan şəxslərin övladları, eyni zamanda ailə üzvləri üçün sosial layihə olaraq, 3 aylıq “Veb Dizayn" (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) layihəsini təşkil edib. Layihədə yaşı 17-25 aralığında olan 10 nəfər Qarabağ və aprel şəhidinin övladı, eləcə də qohumları iştirak edirlər.

Qəzənfər Paşayevlə görüş keçirilib

30 Noyabr 2018 14:13

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsində görkəmli ədəbiyyatşünas alim Qəzənfər Paşayevlə görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, paytaxtdakı 276 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Bakı Dövlət Universitetinin professoru Şirindil Alışanov, yazıçı Kamran Nəzirli, alimlər, kərküklü qonaqlar, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

“Azerbaijani multiculturalism” adlanan ingilis dilində dərslik

30 Noyabr 2018 13:54

AMEA Mərkəzi Elmi Kitabxanasına Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən “Azerbaijani multiculturalism” adlanan ingilis dilində dərslik daxil olub.

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

30 Noyabr 2018 13:16

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü artıq 30 ildir ki, bütün dünyada qeyd olunur.

Yeni Dövlət Peşə Təhsil Mərkəzləri yaradıldı

30 Noyabr 2018 13:10

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.“Olaylar”ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib. 1 nömrəli Sumqayıt Peşə Liseyi və 10 nömrəli Sumqayıt Peşə Liseyi birləşdirilib və onların bazasında Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 3 nömrəli Sumqayıt Peşə Liseyinin bazasında Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Xaçmaz Peşə Məktəbi və Xaçmaz Peşə Liseyi birləşdirilərək onların bazasında Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Dövlət qulluğuna növbəti sınaq imtahanı keçiriləcək

30 Noyabr 2018 13:11

DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

Təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet məsələlərdən biridir

30 Noyabr 2018 13:08

Son illərdə ölkədə bir sıra sahələr kimi təhsil sahəsində də inkişaf, tərəqqi qeydə alınır. Yeni-yeni məktəb binalarının tikintisi, təmirə ehtiyacı olan təhsil müəssisələrinin təmir olunması ölkədə təhsilin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır.