Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü artıq 30 ildir ki, bütün dünyada qeyd olunur.
30 Noyabr 2018 13:16 SosialBeynəlxalq İnformasiya Təhlükəsizliyi Günü artıq 30 ildir ki, bütün dünyada qeyd olunur.
1988-ci il noyabr ayının 30-da "Morris soxulcanı" adlanan ilk kompüter virusu elmi-tədqiqat institutları, hərbi idarələr, hətta Pentaqon da daxil olmaqla, "ARPANET"-in minlərlə qovşağının fəaliyyətini iflic vəziyyətinə salmışdı.
İlk kompüter virusunun vurduğu ziyan isə təxminən 100 milyon dollar dəyərində qiymətləndirilib. Bu hadisə bəşəriyyətin kompüter təhlükəsizliyi haqda təsəvvürlərini tamamilə dəyişdi. Məhz həmin vaxtda mütəxəssislər informasiya təhlükəsizliyinin təmini məsələlərinə kompleks yanaşmanın zəruriliyi haqda ciddi düşünməyə başlayıblar.
Amerikanın Kompüter Avadanlığı Assosiasiyası bu günü elan etməklə hər kəsə kompüter informasiyasının mühafizə edilməsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçilərinin və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək fikrində idi.