Yer kürəsində növbəti iki gündə geomaqnit qasırğası olacaq
30 Noyabr 2018 13:14 SosialYer kürəsində dekabrın 1 və 2-də növbəti geomaqnit qasırğası gözlənilir.
Bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevdeyib.
Onun sözlərinə görə, qasırğanın səbəbi Günəşin səthində formalaşan növbəti böyük ölcülü tac dəliyidir: "Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq".
E.Babayev əlavə edib ki, meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlarda narahatlıq yaradacaq: "Diskomfort xeyli artacaq".
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31