Sosial

Bürclər - 11 dekabr

11 Dekabr 2018 01:53

Serbiyada təhsil təqaüd proqramı

10 Dekabr 2018 19:45

Serbiya Respublikası tərəfindən 2018-2019-cu tədris ilinin II semestri (yaz) üzrə Azərbaycan vətəndaşlarına ali təhsil üçün təqaüd proqramı elan olunub. “OLAYLAR”-a Təhsil Nazirliytindən bildirilib ki, “Serbiyada Sülh” təqaüd proqramı çərçivəsində Belqrad Universiteti, Novi Sad Universiteti və Nis Universitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyəsi üzrə 1 təqaüd yeri ayrılıb.

Ulu Öndər anıldı

10 Dekabr 2018 18:44

Dekabrın 10-da Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər kafedrası və Azərbaycanşünaslıq Elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin milli Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Gürcüstandakı Ahıska türkləri ilə görüş keçirilib

10 Dekabr 2018 18:00

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) şöbə müdiri Anar Rəsulov və Azərbaycanın Gürcüstandakı Səfirliyinin I katibi Rəhim Rəhimzadə bu ölkədə yaşayan ahıska türkləri ilə görüşüb. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Tbilisi şəhərindəki ofisində baş tutan görüşdə Birliyin Gürcüstan təmsilçisi İsmail Əhmədov təşkilatın fəaliyyəti barədə geniş məlumat verib.

“İrəli” daha bir layihəyə yekun vurdu

10 Dekabr 2018 17:56

“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin 3-cü mövsümünə dekabrın 8-də yekun vurulub.

Azercell könüllü gənclərlə həmrəy oldu

10 Dekabr 2018 17:15

Gənclərin uğurlu karyera qurması, gənc kadrlarla potensial işəgötürənlər arasında bağ yaratmaq məqsədilə ölkəmizdə təşkil olunan karyera sərgilərinin fəal iştirakçısı olan “Azercell Telekom” MMC daha bir əmək yarmarkasına qatılıb. Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Asan Xidmətin birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülərinin

Qocalıb ölən inəklərin ətini yeyirik? - Kolbasa və sosislərlə bağlı ŞOK İDDİA

10 Dekabr 2018 16:22

Son günlər sosial şəbəklərdə, xəbər saytlarında xaricdən ölkəmizə gətirilən kolbasa və sosislərin kimyəvi tozlardan hazırlanması ilə bağlı xəbərlər yayılır. ARB TV xəbər verir ki, iddialara görə, hazırda dünyanın bəzi iri kolbasa istehsalçısı sayılan dövlətlərində kolbasa ətdən deyil, protein tozundan hazırlanır. Bu xəbər kolbasa yeyən və yeməyən hər kəsin ciddi narahatlığına səbəb olub.

Qubada kollec tələbəsi itkin düşüb

10 Dekabr 2018 15:46

Quba rayonunun Vladimirovka kənd sakini, 17 yaşlı Əziz Qasımov dekabr ayının 1-də səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecə getmiş, lakin dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmayıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Əziz Qasımovun əlamətləri belədir: Boyu 180 sm., arıq bədən quruluşlu, yumru sifətli, qısa qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Dərsə gedən zaman onun əynində yaşıl rəngdə şalvar və eyni rəngdə qısaqol gödəkcə, göy idman ayaqqabısı olub.