Gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcək

Gənclər və İdman Nazirliyi tərəfindən "İdeya var!" gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcək.  "OLAYLAR"-a nazirliyin mətbuat katibliyindən daxil olan məlumata görə, müsabiqədə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak edə bilərlər.

Müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq  fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onların tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir. Müsabiqənin mükafatlandırılma mərasimi 25 dekabr 2018-ci il tarixdə "Bakı İdman Sarayı"-nda keçiriləcəkdir. Qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.  Ümumi mükafat fondu 4 min manat olan müsabiqədə hər nominasiya üzrə 1-ci yerin qalibi 500 AZN, 2-ci yerin sahibi 300 AZN, 3-cü yerə layiq görülən isə 200 manat məbləğində mükafatla təltif ediləcək.

Sərgi çərçivəsində eyni zamanda müxtəlif elmi şoular təşkil olunacaq, elmi eksponatlar nümayiş ediləcək, müxtəlif elmi viktorinalar keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31