Dəhşətli avtobus qəzası 13 idmançının həyatına SON QOYDU
11 Dekabr 2018 02:17 DünyaKolumbiyada həvəskarlardan ibarət basketbol komandasının üzvlərini daşıyan avtobus qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilir ki, hadisə ölkənin qərbində - Yotoko şəhəri yaxınlığında baş verib. Avtobusun aşmasına səbəblərdən biri kimi əyləc sistemindəki nasazlıq göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31