Bolqarıstan şirkəti Aİ-də sursat istehsalına mane olan problemləri açıqlayıb-ÖZƏL

Bolqarıstanın müdafiə sənayesi şirkəti "Arsenal"ın baş direktoru Xristo İbuşev Avropa İttifaqında bazarın parçalanmasının sursat istehsalının artırılmasına mane olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, o, "Reporter" portalına müsahibəsində qeyd edib ki, şirkətin daha çox sifariş yerinə yetirmək üçün kifayət qədər istehsal potensialı var. Lakin Avropa ölkələri arasında fərqli standartların və təkrarlanan yoxlamaların mövcudluğu istehsal və tədarük prosesini ləngidir.
İbuşevin sözlərinə görə, vahid standartların olmaması müxtəlif ölkələrdə istehsal olunan sursatların uyğunluq problemlərinə səbəb olur. Bu isə silah və sursat tədarükünün sürətləndirilməsini çətinləşdirir.
Qeyd edək ki, Bolqarıstandakı "Arsenal" zavodu ölkənin ən böyük hərbi sənaye müəssisəsidir. Zavod əsasən atıcı silahlar, artilleriya vasitələri və sursat istehsalı ilə məşğuldur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31