Sosial

Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

28 Dekabr 2018 15:57

Nəsimi rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə şəhid ailələrinin, əlillərin və sosial qayğıya ehtiyacı olan bir qrup rayon sakinlərinin iştiraki ilə görüş keçirilib. “Olaylar” xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar bayramlar münasibətilə görüş iştrakçılarını təbrik edərək

Təhsil müəssisələrində bayram tədbirləri keçirilib

28 Dekabr 2018 15:03

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri təşkil olunub. “OLAYLAR” xəbər verir ki, təhsil müəssisələrində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri hazırlanıb.

Təhsildə uğurlar ili

28 Dekabr 2018 13:52

Başa çatmaqda olan 2018-ci il ölkəmizdə bütün sahələrdə ciddi nailiyyətlər, uğurlar əldə edilib. İstər siyasi istər iqtisadi, istərsə də sosial sahələrdə qazanılan müsbət nəticələr Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə mövqelərini bir qədər də möhkəmləndirib. İl ərzində müsbət tendensiyanın müşahidə edildiyi sahələrdən biri də təhsil sahəsidir. İstər paytaxt, istərsə də regionlarda təhsil səviyyəsinin yüksəldilməsi məqsədilə yeni infrastruktur layihələri reallaşdırılıb, təhsil müəssisələri tikilib istifadəyə verilib. 2018-ci il paytaxt təhsili üçün də uğurlu olub. Məlumat üçün qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 27 765 müəllim fəaliyyət göstərir. Bundan başqa BŞTİ-nin tabeliyindəki məktəblərdə 424 847 şagird təhsil alır.

Aİİ-də imtahan sessiyasına hazırlıqla bağlı təlim keçirilib

28 Dekabr 2018 13:22

Aİİ-də imtahan sessiyasına hazırlıqla bağlı təlim keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, institutun rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi təlimdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi, imtahan cavablarının yoxlanılması, şəffaflığın və obyektivliyin təmin olunmasındavacib məqamlara toxunulub.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olundu – Çikaqoda

28 Dekabr 2018 13:22

ABŞ-ın İllinois ştatının Çikaqo şəhərinin meri Rahm Emanuel tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib.