Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Nəsimi rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə şəhid ailələrinin, əlillərin və sosial qayğıya ehtiyacı olan bir qrup rayon sakinlərinin iştiraki ilə görüş keçirilib. “Olaylar” xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar bayramlar münasibətilə görüş iştrakçılarını təbrik edərək

Nəsimi rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə şəhid ailələrinin, əlillərin və sosial qayğıya ehtiyacı olan bir qrup rayon sakinlərinin iştiraki ilə görüş keçirilib. "Olaylar" xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar bayramlar münasibətilə görüş iştrakçılarını təbrik edərək Həmrəylik Gününün qeyd olunmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, əlamətdar günün tarixi əhəmiyyətindən və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində bu günün xüsusi rolundan danışıb. Qeyd edib ki, 1991-ci ilin 16 dekabırında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ümummilli Lider Heydər Əliyevin siyası fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam  etdirir. Tədbirin sonunda 1000-dən artıq ailəyə müxtəlif çeşidli  ərzaqlardan ibarət bayram sovqatları verilib.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31