Təhsildə uğurlar ili
Başa çatmaqda olan 2018-ci il ölkəmizdə bütün sahələrdə ciddi nailiyyətlər, uğurlar əldə edilib. İstər siyasi istər iqtisadi, istərsə də sosial sahələrdə qazanılan müsbət nəticələr Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə mövqelərini bir qədər də möhkəmləndirib. İl ərzində müsbət tendensiyanın müşahidə edildiyi sahələrdən biri də təhsil sahəsidir. İstər paytaxt, istərsə də regionlarda təhsil səviyyəsinin yüksəldilməsi məqsədilə yeni infrastruktur layihələri reallaşdırılıb, təhsil müəssisələri tikilib istifadəyə verilib. 2018-ci il paytaxt təhsili üçün də uğurlu olub. Məlumat üçün qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 27 765 müəllim fəaliyyət göstərir. Bundan başqa BŞTİ-nin tabeliyindəki məktəblərdə 424 847 şagird təhsil alır.
28 Dekabr 2018 13:52 SosialBaşa çatmaqda olan 2018-ci il ölkəmizdə bütün sahələrdə ciddi nailiyyətlər, uğurlar əldə edilib. İstər siyasi istər iqtisadi, istərsə də sosial sahələrdə qazanılan müsbət nəticələr Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə mövqelərini bir qədər də möhkəmləndirib. İl ərzində müsbət tendensiyanın müşahidə edildiyi sahələrdən biri də təhsil sahəsidir. İstər paytaxt, istərsə də regionlarda təhsil səviyyəsinin yüksəldilməsi məqsədilə yeni infrastruktur layihələri reallaşdırılıb, təhsil müəssisələri tikilib istifadəyə verilib. 2018-ci il paytaxt təhsili üçün də uğurlu olub. Məlumat üçün qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 27 765 müəllim fəaliyyət göstərir. Bundan başqa BŞTİ-nin tabeliyindəki məktəblərdə 424 847 şagird təhsil alır.
2018-2019-cu tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərində 29 275, XI siniflərində 20 085, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 667 nəfər təhsil alır.
Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, paytaxtın təhsil şəbəkəsində 2018-2019-cu dərs ilinin prioritet istiqamətləri müəyyənləşdirilib və fəaliyyət zamanı bu istiqamətlər əsas diqqət mərkəzində saxlanılıb. Belə ki, təhsil nazirinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrinə əsasən, fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması kimi məsələlərə yer verilib. Həmçinin məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodiki köməklik göstərilməsi də diqqət mərkəzində saxlanılıb.
Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 47 637 uşaq qəbul olunub. Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə "Əlaqə" bölməsi vasitəsilə rəsmi müraciət etmək imkanı yaradılıb. 2018-ci ildə tətbiq edilən yeniliyə əsasən, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul edilib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarındakı uşaqlar www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə avtomatik I sinfə qəbul üzrə qeydiyyata alınıb. Həmçinin il ərzində məktəbəhazırlıq təhsilinin əhatəliliyi də artırılıb. Məlumat üçün qeyd edək ki, BŞTİ-nin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 23 840 uşaq təhsil alır.
2018-ci il təhsil sahəsində çalışanların, xüsusilə şagirdlərin müxtəlif nominasiyalar üzrə qalib olmalarına da şahidlik edilib. Cari ildə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 768, tam orta təhsil səviyyəsi üzrə isə 1075 nəfər fərqlənmə attestatı ilə bitirib. Bakı məktəblərinin məzunları qızıl və gümüş medallarla təltif olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 2-si gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq qızıl və gümüş medalla təltif ediliblər. Təhsil idarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 10 məzunu ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər. Belə ki, I və IV ixtisas qrupları üzrə 297, 109, 169, 58, 29 və 129 nömrəli tam orta məktəblərin məzunları, II və III ixtisas qrupları üzrə Texniki Humanitar Liseyin, 45, 89, 214 nömrəli tam orta məktəblərin məzunları maksimum nəticə göstərərək 700 bal toplayıblar.
Başa çatmaqda olan il yeni təhsil müəssisələrinin açılışı ilə də yadda qalıb. Belə ki, 2018-2019-cu tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş müəssisələrin təntənəli açılış mərasimləri keçirilib. Açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.
2018-ci ildə müəllimlərin işə qəbulu prosesində də müsbət dinamika müşahidə edilib. Belə ki, Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün 1145 vakansiya təqdim olunub. Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 525 nəfər daimi əsaslarla işə qəbul olunub. 2018-ci ildə ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində 265 müəllim iş yerini dəyişib.
2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1036 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib.
S.İsmayılbəyli