Sosial

Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

17 Yanvar 2019 15:50

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il həssas qruplardan olan şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və b.) sanator-kurort və istirahət mərkəzlərinə göndərişlə təminatı işləri davam etdirilib.

Nazim Şükürov: “İnnovativ inkişafdan daha çox alimlərimiz qazanacaq”

17 Yanvar 2019 14:45

Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovun müsahibəsi

20 Yanvar şəhidlərinin xatirəsi Sənət Mərkəzində anılacaq

17 Yanvar 2019 14:20

Yanvarın 17-də Xətai Sənət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək. Olaylar.az bildirir ki, “Azadlıq aşiqləri günü-20 Yanvar” adlanan sərginin məqsədi azadlıq mübarizəmizin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzmi unutdurmamaqdır.

Sabah hava necə olacaq? - Nazirlik açıqladı

17 Yanvar 2019 13:35

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.

Sütunları zədələnmiş evlərimiz nə zamansa yıxıla bilər

17 Yanvar 2019 13:28

İlhami Cəfərsoy AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri.

Ləğv olunan dövlət qurumlarında işləmək üçün sənəd verənlərin nəzərinə

17 Yanvar 2019 13:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan bəzi qurumların ləğvi ilə əlaqədar müvafiq vakant vəzifələrlə bağlı elan edilən müsabiqə üzrə müsahibə və ümumi müsahibələrə qeydiyyat dayandırılıb.