20 Yanvar şəhidlərinin xatirəsi Sənət Mərkəzində anılacaq

Yanvarın 17-də Xətai Sənət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək. Olaylar.az bildirir ki, “Azadlıq aşiqləri günü-20 Yanvar” adlanan sərginin məqsədi azadlıq mübarizəmizin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzmi unutdurmamaqdır.

Yanvarın 17-də Xətai Sənət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək. Olaylar.az bildirir ki, "Azadlıq aşiqləri günü-20 Yanvar" adlanan sərginin məqsədi  azadlıq mübarizəmizin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzmi unutdurmamaqdır.

Müsabiqəyə 400-ə yaxın uşaq, 700-ə qədər əsər təqdim etmişdir. Sərgidə münsiflər heyətinin seçimi ilə 110 uşağın 120-yə qədər əsəri həmçinin, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə 20-dən artıq yeniyetmə və gəncin qanlı yanvara aid əsəri, o cümlədən, 20 yanvar hadisələrinin canlı şahidi Əməkdar rəssam Rəfael Muradovun "Qara Yanvar" əsəri sərgilənəcək.

Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri təşəkkürnamə ilə təltif olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31