Sosial
“Təhsil şöbələri ləğv edilməli və regional təhsil idarələri yaradılmalıdır”
“Təhsil şöbələrinin ləğvi məktəbləri müstəqilləşdirəcək”, - bunu deputat Fazil Mustafa deyib. Təhsil Nazirliyi isə rayon və şəhər təhsil şöbələrinin ləğv edilərək onların bazasında regional təhsil idarələrinin yaradılmasına başlanılması ilə bağlı məlumatlara münasibət bildirərkən məlumatı nə təsdiq, nə də inkar edib.
Bir dəfə xəyanət edən mütləq bir daha xəyanət edəcəkdir! - Cavid İsmayıl yazır
Vətənin azadlığı uğrunda minlərlə şəhid vermişik, əfsuslar olsun ki, bu gün də zaman-zaman şəhidlərimiz olur. Xalqımız SSRİ kimi qorxulu bir imperiyanın zəncirini darmadağın edərək azadlığını bərpa etdi. Daxildə sapı özümüzdən olan baltaların və Moskvanın müti qulları olan respublikanın o vaxtkı “rəhbərləri”nin müstəqilliyin ilk günündən bilərəkdən yaratdıqları xaos, özbaşınalıq, vətəndaş müharibəsi və s. qarşısını alan, xalqa arxalanan, həyatını Azərbaycana həsr edən müdrik şəxsiyyət Heydər Əliyev oldu.
Azərbaycan faciəsi İtaliya mətbuatında
İtaliyanın bir sıra kütləvi informasiya vasitələrində Qanlı Yanvar faciəsi ilə bağlı yazılar dərc olunub. Azərbaycanın İtaliyadakı səfirliyindən Olaylar.az- a biıldirilib ki, “Globalist” xəbər portalında italyan tədqiqatçı Daniel Pommier Vincellinin “Qara Yanvar: Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizənin simvolu” adlı məqaləsi yerləşdirilib. Məqalədə qeyd olunur:
Ulu Ziyarət dağının səngərləri...
Samuxda epizootiya əleyhinə tədbirlərə start verildi
“Mediada gender bərabərliyi” mövzusunda təlimlər keçiriləcək
Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Tanınmış aparıcı: "Bacımın 2 günlük ömrü qalıb"
Bu il Azercell daha 25 tələbəni sevindirdi
Azərbaycanın mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC tələbələrin fəaliyyətinin dəstəklənməsi üçün hər il keçirilən Tələbə Təqaüd Proqramının 2019-cu il üzrə qaliblərini elan edib. Mərhələli seçim nəticəsində bu il 25 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülüb. Tələbələri təbrik etmək üçün şirkət tərəfindən yanvar ayının 21-i təşkil edilən görüşdə “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və Təhsil Nazirliyi SABAH qruplarının tədris işləri üzrə rəhbəri Eldar Qocayev iştirak edib. Vahid Mürsəliyev çıxışı zamanı şirkətin korporativ sosial məsuliyyət siyasətinin daim öz ardıcıllığı, dayanıqlılığı və şəffaflığı ilə seçildiyini bildirib. Həmçinin, şirkət tərəfindən həyata keçirilən İllik Tələbə Təqaüd və Təcrübə proqramlarının ölkə gənclərinin inkişafına yatırılan investisiyalar olduğunu qeyd edib.
.jpg)


.jpg)


.jpg)







