Sosial

180 il əvvəl qeyd olunan bayram - Çin fənərlər bayramı

20 Fevral 2019 11:24

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Bahar bayramının sonu və ilin tam ay ilə ilk gecəsinin başlanğıcını bildirən ənənəvi Çin fənərlər bayramı (Yuan Xiaojie) qeyd olunub. Olaylar.az bildirir ki, Konfutsi İnstitutunun müəllimləri qonaqlara 180 il əvvəl qeyd olunmağa başlanan və əsas rəmzi pələng olan bayramın yaranması ilə bağlı əfsanələr barədə məlumat veriblər. İştirakçılar, həmçinin folklor nümayişləri təşkil edilən fənər festivalı ənənələri - Yangge rəqsi, alovlu əjdaha görünüşündə fənərlə rəqs, şirlərin rəqsi ilə tanış olublar.

Körpələrə bu dərmanları ÖZBAŞINA VERMƏYİN!

20 Fevral 2019 11:18

“Uşağı həkimə göstərmədən, kiminsə məsləhəti ilə ona hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil”. Bunu uşaq kardioloqu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloquğ Elşən Rzayev deyir. Həkim bildirir ki, azyaşlıya özbaşına hansısa dərman (lap vitamin olsa belə) vermək onun üzərində təcrübə aparılmasına bənzəyir.

Bu gün Dünya Sosial Ədalət Günü qeyd olunur

20 Fevral 2019 10:42

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası hər il fevralın 20-sinin Dünya Sosial Ədalət Günü kimi qeyd edilməsinə qərar verib. BMT-nin bəyanatında sosial ədalətin həm ölkələrin daxilində, həm də dövlətlərarası münasibətlərdə dinc şəraitin və rifahın təmin olunmasının əsas prinsiplərindən biri olduğu vurğulanır. “Biz sosial ədalət prinsiplərini dəstəkləyirik, qadınlarla kişilərin bərabərliyini, yerli xalqların və miqrantların hüquqlarını müdafiə edirik. Həmçinin sosial ədalətin bərqərar olmasına köməyimizi əsirgəmirik, bu yolda cinsiyyət, yaş həddi, irqi, etnik və dini mənsubiyyət, mədəniyyət və ya əlillik zəminində bütün maneələr aradan qaldırılmalıdır”, -deyə BMT-nin bəyanatında qeyd olunur.

Azərbaycanda münaqişəli ailələrin sayı artır

20 Fevral 2019 10:35

Bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik ki, bu da çox zaman boşanma ilə nəticələnir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. H.Hüseynova qeyd edib ki, ailələr çox möhkəm, milli, mənəvi dayaqlar əsasında qurulmalı, ailənin hər bir üzvü bir-biri və cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməlidir. İlk növbədə ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir.

“Kamal Abdulla mənim və yaxınlarımın təhlükəsizliyinə məsuliyyət daşıyır” - Universitetdən AÇIQLAMA

20 Fevral 2019 09:40

Azərbaycan Dillər Universitetinin işdən çıxarılan əməkdaşı Pərvin Mürsəlova bəzi saytlarda universitetin rektoru akademik Kamal Abdullanın adını hallandırmaqla bəzi əsassız ittihamlar irəli sürüb. O, “Kamal Abdulla mənim və yaxınlarımın təhlükəsizliyinə məsuliyyət daşıyır” “bəyanat”ını verməklə, görünür, ürəyində hələlik gizli saxladığı məqsədinin ilkin anonsunu verir. Pərvin Mürsəlovanın bu “bəyanat”ından aydın olur ki, guya Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla onu təhdid edir, özünü və yaxınlarını hədələyir.