Sosial

Misirdə Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

22 Fevral 2019 10:22

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin məsul əməkdaşları Qahirə Universitetində olublar. Olaylar.az bnildirir ki, səfər zamanı universitetin Humanitar elmlər fakültəsinin dekanı, professor Əhməd Əş-Şərbini Əs-Seyd, Şərq dilləri departamentinin rəhbəri Cəlal Əs-Səid əl-Həfnəvi və digər alimlərlə görüşlər keçirilib. Görüşdə Azərbaycan və Misir əlaqələrinin tarixindən danışan Y.Mahmudov hər iki ölkənin tədqiqatçıları üçün ortaq tarixi əlaqələr və mədəni dəyərlərin araşdırılmasının vacibliyini vurğulayıb.