Bakıda daha bir marşrut xəttində pulsuz internet qoşuldu
22 Fevral 2019 12:00 SosialBakıda daha bir marşrut xəttində pulsuz Wi-Fi xidməti aktivləşdirilib.
"Xaliq Faiqoğlu" MMC-dən verilən məlumata görə, bu gündən etibarən 85 saylı marşrut xətti üzrə avtobuslarda da sərnişinlər yeni xidmətdən faydalana bilərlər.
Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər.
Qeyd edək ki, bir neçə gün əvvəl MMC tərəfindən 18 saylı marşrut xəttində də pulsuz internet xidməti aktivləşdirilib. Beləliklə pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 50-yə çatdırılıb. Yaxın günlərdə "Xaliq Faiqoğlu" MMC-nin istismarında olan və "BakıKart" sisteminə qoşulmuş digər xətlərdə də tezliklə Wi-Fi cihazları quraşdırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31