Sosial

BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək

22 Fevral 2019 16:03

Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes Bakı Dövlət Universitetində olub. BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov qonağı  salamlayaraq, bu ali təhsil ocağı barədə məlumat verib. Olaylar.az bildirir ki, Bakı Dövlət Universitetinin innovasiya, yaradıcılıq və elmi tədqiqatlara böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirən F.Qurbanov, onun beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri ilə əməkdaşlığını qeyd edib, universitetin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamdan danışıb. F.Qurbanov universitetin 100 illik yubiley tədbirlərinin YUNESKO, İSESKO və bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən keçiriləcəyini də diqqətə çatdırıb.