Alimin proqnozu REALLAŞDI - Dəhşətli zəlzələ
22 Fevral 2019 15:30 SosialAmerika qitəsində güclü zəlzələ hadisəsi qeydə alınıb.Publika.az xəbər verir ki, Ekvador-Peru sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.Təbiət hadisəsi Kolumbiya və Braziliya başda olmaqla, bütün Amerika qitəsində hiss olunub.Qeyd edək ki, bir neçə gün öncə niderlandlı zəlzələ mütəxəssisi Frenk Huqerbits qorxunc proqnoz vermişdi. O, 17-21 fevral tarixləri arasında dünyada 7 və ya 8 bal gücündə zəlzələ olacağını iddia etmişdi. Sözügedən tarixdən keçsə də, dünyanın bir çox bölgəsində güclü zəlzələ xəbərləri gəlməkdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31