Mübariz Qurbanlı Hacıqabulda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və  tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının  rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

"OLAYLAR" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  fevralın 27-də Şirvan şəhəri, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul və  Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Hacıqabul rayon  Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31