Sosial
Mədəniyyət sahəsində yeni dönüş mərhələsi başlanacaq
Bakcell ADA Universitetində keçirilmiş karyera yarmarkasına qatılıb
Kamal Abdulla Çexiya səfiri ilə görüşüb
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert ilə görüşüb. Olaylar.az bildirir ki, qonağı universitetdə görməkdən məmnun olduğunu bildirən akademik Kamal Abdulla ona universitet haqqında məlumat verib. Çexiyanın qədim tarixə sahib ölkə olduğunu deyən K.Abdulla ölkələrarası əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirib, hər iki ölkənin ali təhsil müəssisələrinin bu münasibətlərin inkişafına yeni töhfələr verə biləcəyini vurğulayıb. Rektorun sözlərinə görə, ADU-da Çex dili və Mədəniyyəti Mərkəzinin də açılması nəzərdə tutulur. Rektor ümid etdiyini bildirib ki, Çexiya universitetlərindən birində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi açılacaq.

.png)












