Azərbaycanda məhkumların sayı azalıb
6 Mart 2019 15:21 SosialƏdliyyə Nazirliyi və Mətbut Şurası ədliyyə və məhkəmə fəaliyyəti barədə ctimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması ilə bağlı birgə layihəyə start verib. Bu məqsədlə media nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyinin Probasiya xidmətində mətvuat nümayəndələri ilə görüş keçirilib. İlk görüş nazirliyin icra, probasiya, istintaq və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində fəaliyyətə həsr olunub. Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Əlsgərli bildirib ki, belə bir tədbirin keçirilməsində məqsəd Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrini genişləndirmək, onların nazirliyin maarifləndirmə işlərində, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha geniş şəkildə m\lumatlandırılmasında iştirakını yaxından təmin etməkdir. Ədlityə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aynur Sabitova nazirliyin fəaliyyət istiqamətləri, vəzifələri haqqında geniş məlumat verib, bu sahədə maarifləndirmə tədbirlərinin və media ilə əməkdaşlıq məsələlərinin vacibliyini vurğulayıb. Bildirib ki, belə tədbirlər mütəmadi xarakter daşımaqla nazirliyin bütün fəaliyyət istiqamətlərini əhatə edəcək. Ardınca nazirliyin mühüm fəaliyyət istiqamətləri olan icra və probasiya xidmətlərinin, istintaq və cəzaların icrası sahəsində fəaliyyətə dair çıxışlar edilib, həyata keçirilən islahatlar, tətbiq olunan innovasiyalar barədə ətraflı məlumat verilib.
İlk olaraq Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadov bildirib ki, Xidmət sərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını təşkil edir. Həmçinin sərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsi xidmətin fəaliyyət sahəsinə daxildir. Probasiya Xidməti eyni zamanda, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil edir, cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş (cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar istisna olmaqla), habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil edir, ictimai işlər növündə inzibati tənbehin icrasını təşkil edir: "Hazırda ölkədə 932 məhkuma elektron qolbaq tətbiq edilib. Həmin məhkumlardan 26-sını qadınlar təşkil edir. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6000-ə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib".
Nazirliyin İcra baş idarəsinin rəisi Nurəddin Mustafayev deyib ki, İdarə yerli icra qurumları məhkəmələrin mülki, iqtisadi mübahisələrə və inzibati xətalara dair işlər üzrə qərarlarının, habelə cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan müvafiq cəzaların, mülki iddianın və vurulmuş ziyanın ödənilməsi hissəsində hökmlərin, məhkəmə əmrlərinin icrasını təmin edir; qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər icra sənədlərinin icrasını təmin edir; Azərbaycan Respublikasının müvafiq məhkəmələrinin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir: "Prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı fərman borca görə cinayət məsuliyətinə cəlb edilən şəxslrə şamil edilmir. Sözgedən fərman 10 min dollara qədər krediti olan insanlara aiddir. Cinayət məsuliyyətinə cəlb edilənlər isə 10 min dollardan çox krediti olanlardır. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, 20 min manatdan artıq vəsait ödənilmədiyi halda cinayət işi başlanılır. Ona görə barələrində cəza tədbiri görülən şəxslər fərmanın əhatə dairəsinə düşmür".
Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov isə deyib ki, Azərbaycan prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli sərəncamının icrası nəticəsində ölkədə məhkumların sayı azalıb. M. Ələkbərov qeyd edib ki, 2015-ci ildə Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılanların sayı 24 mindən çox idisə, 2018-ci ildə bu rəqəm 21 800 olub: "Burada 3 minə yaxın fərq var. Deməli, 3 cəzaçəkmə müəssisəsinin fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Bütün bunlar Prezident İlham Əliyevin cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamından irəli gəlir".
Alim