Prezidentin fərmanı borca görə cinayət məsuliyyətinə cəlb edilən şəxslərə şamil edilməyəcək

"Prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı fərman borca görə cinayət məsuliyətinə cəlb edilən şəxslrə şamil edilmir. "Olaylar" xəbər verir ki, bunu bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətində jurnalistlərlə keçirilən görüşdə nazirliyin İcra baş idarəsinin rəisi Nurəddin Mustafayev deyib. İdarə rəisi qeyd edib ki, sözgedən rərman 10 min dollara qədər krediti olan insanlara aiddir. Cinayət məsuliyyətinə cəlb edilənlər isə 10 min dollardan çox krediti olanlardır: "Qanunvericiliyə edilən dəyişikliyə əsasən, 20 min manatdan artıq vəsait ödənilmədiyi halda cinayət işi başlanılır. Ona görə barələrində cəza tədbiri görülən şəxslər fərmanın əhatə dairəsinə düşmür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31