Sosial

Bakıda beynəlxalq elmi konfrans keçiriləcək

13 Mart 2019 17:11

İyunun 19-dan  23-dək Bakı şəhərində “Qloballaşma dövründə Azərbaycan və ümumtürk tarixinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Olaylar.az-a  verilən məlumata görə, konfransın təşkilatçıları AMEA-nın Rəyasət Heyəti, Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir.